İsveçrədə çadra əleyhinə imza kampaniyası

İsveçrədə daha öncə minarə əleyhinə keçirilən imza kampaniyası bu dəfə yerini çadra əleyhinə imza kampaniyasına verib.
 
Maide.az xəbər verir ki, İsveçrədə "Egerking Komitəsi" adlı qrup müsəlman qadınların üzlərini örtən çadranın qadağan edilməsi üçün imza kampaniyası hazırlayıb. Mediada çıxan xəbərlərdə bildirilir ki, minarə əleyhinə imza kampaniyasını başladan və yetərli sayda imza toplamağı bacaran komitənin, hicab qadağasına qarşı da mətn hazırlayaraq, Baş Nazirliyə təqdim edəcək.
 
İsveçrə Xalq Partiyası SVP-dən Solothurn Milli Şura üzvü Uolter Vobmann rəhbərliyi altında toplanan qrupun məqsədi, xalq səsverməsi ilə çadra qadağasını federal konstitusiyada maddə olaraq yerləşdirməkdir.
 
Baş nazirə verilən mətndə heç kəsin ictimai yerdə üzünü örtməyə icazəli olmadığı və heç kəsin də insanları cinsiyyətlərinə görə üzlərini örtməyə məcbur etməyəcəyi deyilir. Vobmann İsveçrənin ənənəvi azadlıq anlayışına görə, azad kişilər və qadınların bir-biri ilə danışanda üzlərini görməsi lazım olduğunu bildirərək, Baş Nazirliyin nəzarətindən sonra imza kampaniyasını dərhal başlamağa ümid etdiyini deyib.

Google+ WhatsApp ok.ru