İsveçrədə partiya lideri: İslam dini ölkəmizdə rəsmi din olaraq qəbul edilsin

İsveçrədə partiya lideri: İslam dini ölkəmizdə rəsmi din olaraq qəbul edilsin

-- İsveçrədə 400 min müsəlman var, onlardan..

İsveçrə Sosial Demokratik Partiyasının lideri  Christian Levrat  İsveçrədə İslam dininin rəsmi din olması təklifini bir daha gündəmə gətirib. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki,  Christian Levrat deyib ki,  İsveçrədə 400 min müsəlman var, onlardan 160 minin İsviçre pasportu var, İslam bizim ölkəmizə məxsusdur. 
 
Christian Levrat  ölkədə 240 məscidin olduğunu və bəzi məscidlərdə radikallaşmağa meyillilik olduğunu qeyd edib və bildirib ki, hər iki tərəf bir addım atmaq məcburiyyətindədir. 
 
Partiyasının İslam dinini İsveçrədə rəsmi din olaraq qəbul edilməsini istədiyini vurğulayan Levrat qeyd edib ki,  partiyamızda mənimlə eyni düşüncədən olan şəxslərlə birlikdə “İsveçrəli İslamın yol xəritəsi” adlı bir layihə hazırlamışıq. 
 
Levrat ötən ilin avqust ayındada İslam dininin ölkəsində rəsmi din olaraq qəbul edilməsinin zəruriliyini vurğulamışdı. 
 

Google+ WhatsApp ok.ru