İsveçrədə Trampın  Davos səfərinə qarşı  etiraz– FOTO

İsveçrədə Trampın Davos səfərinə qarşı etiraz– FOTO

-- Aksiya iştirakçıları Davosda keçirilən İqtisadi Forumun ləğv edilməsini tələb edib

İsverçrə fəaliyyət göstərən kapitalizm əleyhdarları siyasi partiyalar və ictimai təşkilatların üzvləri ABŞ prezidenti  Donald Trampın  Davos iqtisadi forumunda iştirakına etiraz əlaməti olaraq mitinq keçirib. 
 
Maide.Az xəbər  verir ki, “Reuters” –in məlumatına görə,  kapitalizm əleyhdarları  ABŞ prezident D. Tramp əleyhinə şüarlar səsləndirib.  “Tramp  bugünkü dünyanın  “simasıdır” kimi şüarlar səsləndirən aksiya iştirakçıları  Davosda  keçirilən iqtisadi  forumın ləğv edilməsini tələb edib.  
 
Qeyd edək ki, Solçu partiyalar, Sosial Demokratlar, Yaşıllar Partiyasının üzvləri və digər isveçrəli qurum və təşkilatlar son günlər dəfələrlə ABŞ prezidenti Donald Trampın İsveçrəyə səfər etməsinə qarşı etirazlar təşkil ediblər. 
 
Xatırladaq ki, ABŞ prezidentinin yavar ayının 26-da  Davos Forumunun illik iclasında çıxış edəcəyi gözlənilir.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru