İsveçrədə 43 il öncə tapılan mumya nazirin ulu nənəsi çıxdı

İsveçrədə 43 il öncə tapılan mumya nazirin ulu nənəsi çıxdı

-- Maraqlısı budur ki, mumya İngiltərənin Xarici İşlər naziri ...

1975-ci ildə İsveçrənin Bazel şəhərində Barfüsser kilsəsindən tapılan  qadın mumyasının kimə aid olması ilə bağlı aparılan araşdırmalar yekunlaşıb.
 
Maide.Az BBC-yə istinadən xəbər verir ki, mumyanın sağ ayağındakı baş baş barmağından nümunə götürmək mümkün olub.
 
DNT analizi nəticəsində mumyanın 99.8 faiz Anna Katarina Bişofa məxsus olduğu dəqiqləşib. O, 1719-1787-ci illərdə Bazeldə yaşayıb.
 
Maraqlısı budur ki, Bişof İngiltərənin Xarici İşlər naziri Boris Consonun 8-ci nəsildən nənəsidir. Bu isə 256-da 1 faiz genlərinin ondan gəldiyi deməkdir.
 
Qeyd edək ki, B.Conson Osmanlı İmperiyasının sonuncu Daxili İşlər naziri Əli Kamalın nəvəsi Stenli Consonun oğludur.
 
 

Google+ WhatsApp ok.ru