İsveç sionist İsrail rejimi işğalı altındakı ərazilərdə fəaliyyət göstərən səfirini geri çağırdı

İsveçlə İsrail rejimi arasında gərginlik yaşanmaqdadır.
Maide.az xəbər verir ki, buna səbəb İsveçin sionist və işğalçı rejimin fələstinlilərə qarşı qətliamını qınaması olub. Fələstinə qarşı qətliamları pisləyən İsveç Xarici İşlər Nazirliyi sionist rejim işğalı altındakı ərazilərdə fəaliyyət göstərən böyük elçisini geri çağırıb.
 
Qeyd edək ki, İsveç xarici işlər naziri Marqot Uolstram Parisdəki son partlayışlardan sonra bəyanatla çıxış edib. Nazir bəyanatında bildirib ki, bu hadisələr İsveçin diqqətini Qərbi Asiyadakı (Avropaya nəzərən Yaxın Şərqdəki,  - red.) böhranlara yönəldib. Onun sözlərinə görə, İsveç orada belə bir şəraitdə  fələstinlilərin gələcəyi üçün hər hansı bir imkan görmür, fələstinlilərin ya reallıqlarla barışmalı, yaxud da müqavimət göstərməlidir./

Google+ WhatsApp ok.ru