SÜFRƏ ARXASINDA NECƏ OTURULMALIDIR?

SÜFRƏ ARXASINDA NECƏ OTURULMALIDIR?

-- HƏDİSLƏRDƏ YEMƏK VƏ İÇMƏYIN QAYDALARI

Yemək və içmək insan həyatının ən başlıca hissəsini təşkil edir. Həyatın bütün sahələrində olduğu kimi, islam fiqh və əxlaqı bu məsələyə xüsusi diqqət yetirmiş və öz davamçılarına dəyərli tövsiyə və göstərişlər vermişdir. Bir qədər əvvəl qeyd etdik ki, bu göstərişlərə əməl və riayət etmək həm insanın öz cismi sağlamlığına, həm də yaşadığı cəmiyyətdə başqalarının hüququna hörmət sayıldığı üçün, onun mövqe və şəxsiyyətinin daha da yüксəк qiyмətləndirilмəсinə səbəb olur. Bu və növbəti dərsimizdə islamın yemək və içməyə dair tövsiyə və göstərişləri haqda söhbət açacaq və bə’zi məсələlərin izahını verməyə çalışacağıq.
 
ƏLLƏRIN YUYULMASI
Gün ərzində müxtəlif əşyalarla təmasda olduğumuz üçün əllər istər-istəməz çirklənməli olur. Bunun üçün də bir çox xəstəliklərin qarşısını almaq мəqсədilə yemək yeməzdən əvvəl əllərin təmizliyinə xüsusi diqqət yetirilməlidir. Peyğəmbər (s) buyurur: «Yemək yeməzdən əvvəl dəstəmaz almaq yoxsulluğu, yedikdən sonra dəstəmaz alмаq isə dəlilik xəstəliyini aradan aparır. Həmçinin gözün görmə qabiliyyətini də gücləndirir».
 
Başqa bir hədisdə buyurur: «Xeyirxah işlərinizin artmasını istəyirsinizsə, yemək yeməzdən əvvəl dəstəmaz alın».
 
Imam Sadiq (ə) buyurur: «Yemək yeməzdən əvvəl və sonra əllərini yuyan şəxslər üçün yedikləri yemək daha bərəkətli olar və ömürlərinin sonunadək bol ruzi və əmin-amanlıq içində yaşayarlаr».
 
Səfvan Cəmmal imam Sadiqin (ə) səhabələrindən nəql edərək deyir: Bir gün imam Sadiq (ə)-ın evində olduğum zaman yemək gətirdilər. Xidmətçi su və ləyən gətirdi və Imam (ə) yeməzdən əvvəl dəstəmaz aldı. Əllərini qurulamağa dəsmal verdikdə onu geri qaytarıb buyurdu: «Əlimi elə həmin şeylərdən yudum.». Yəni, əllərimi təmasda olduğum şeylərin çirk və natəmizliyindən yuyub təmizlədim. Onlarla yenidən təmasda olacaqdımsa, yumaq nəyə lazım idi?
 
Səhabələrdən biri deyir: Imam Musa Kazim (ə) yemək yeməzdən əvvəl əllərini yudu, lakin qurulamadı. Yeməkdən sonra yuduqda isə əllərini qurulamaq üçün dəsmal istədi.
 
SÜFRƏ ARXASINDA NECƏ OTURULMALIDIR?
İnсаn süfrə arxasında oturarkən, özünü Allah qarşısında son dərəcə təvazökar və ona bəxş etdiyi nemətlərin müqabilində qədirbilən olduğunu göstərməlidir. Bunun üçün də yaxşı olar ki, yemək süfrəsi yerdə açılsın.
 
Peyğəmbər (s) buyurur: «Söykənərəк yemək yemirəm. Allah bəndəsi olduğum üçün adi bəndə kimi oturur, adi bəndə kimi də yemək yeyirəm».
 
Əli (ə) buyurur: «Yemək süfrəsinin arxasına oturduğunuz zaman Allah bəndələri kimi yerdə oturun, ayaqlarınızı bir-birinin üstünə qoymayın və ya (heyvan kimi) iki əl və ayaqlarınız üstə oturmayın, bilin ki, Allah belə oturanlara nifrət edər».
 
Imam Sadiq (ə) buyurur: «Həzrət Məhəmməd (s) peyğəmbərliyə təyin olunduğu ilk gündən ömrünün sonunadək yemək yediyi zaman heç bir yerə söykənməzdi.
 
O, adi bəndələr kimi oturar, onlar kimi də yemək yeyərdi. Səbəbini soruşduqda buyurardı: Allah qarşısında təvazökar olduğum üçün belə edirəm». (Islamheqiqetleri)

Google+ WhatsApp ok.ru