Südün müalicəsi xüsusiyyətləri

Südün müalicəsi xüsusiyyətləri

Süd çox faydalı məhsuldur. Lakin təəssüf ki, bir çox böyüklərin orqanizmi südü mənimsəyə bilmir.
 
Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, belə insanlarda südün istehlakı köpə, qarında ağrılara və narahatçılığa səbəb olur. Sizdə də belə hallar olursa, süd içməyin, onun əvəzinə süd məhsullarını (qatıq, kəsmik, xama və s.) istehlak edin.
 
Lakin orqanizm tərəfindən süd asan mənimsənilirsə, mütləq bu faydalı müalicəvi məhsulu qidalanmanıza daxil edin. Südü digər qidalarla birlikdə qəbul etməyin, qida qəbulları arası için.
 
Südün faydalı xüsusiyyətləri bunlardır:
1. Süd sümüklər üçün çox faydalıdır, osteoporozun (sümük toxumasının azalması) inkişafının qarşısını alır.
2. Soyuqdəymə xəstəlikləri zamanı müalicəvi təsir edir, öskürəklə mübarizə aparır.
3. Ürək-damar sistemi xəstəliklərinin riskini azaldır, ürək əzələsi üçün faydalıdır.
4. Mədə-bağırsaq üçün olduqca faydalıdır, mədənin turşuluğunu azaldır. Qastrit və mədə xorası ağrıları zamanı çox yaxşı kömək edir.
5. Sinir sistemi üçün çox faydalıdır, sakitləşdirir, yuxusuzluğu aradan qaldırır.
6. Süd dərinin vəziyyətini və rəngini yaxşılaşdırır, ağardır, cavanlaşdırır və bu səbəbdən bir çox kosmertik maskaların tərkibində istifadə olunur. /

Google+ WhatsApp ok.ru