Süni intellekt alqoritmlərindən istifadə edən interaktiv köməkçi təqdim edilib 27 Oktyabr 2016 01:00 Maraq dünyası Bu gün istifadəçi ilə qarşılıqlı ünsiyyət üçün süni intellektə əsaslanan alqoritmlərdən istifadə edən interaktiv köməkçi ilə heç kimi təəccübləndirmək olmaz. Bütün nəhəng şirkətlərin şəxsi smartfonunda belə assistent mövcuddur: "Microsoft"da "Cortana", "Google"da "Google Assistant" və ya "Apple"da "Siri" interaktiv köməkçiləri. Bu yaxınlarda bu üçlüyə Karneqi Mellon Universitetinin ekspertləri tərəfindən hazırlanmış "S.A.R.A" ("Socially Aware Robot") adlı daha bir köməkçi əlavə olunub. "S.A.R.A" köməkçisi digərlərindən fərqli olaraq, öz-özünə öyrənmə, sosial qarşılıqlı əlaqə və ünsiyyət bacarıqlarına malikdir. "Hi-news.ru" saytına istinadən yazır ki, "S.A.R.A" köməkçisi kamera və mikrofonun köməyi ilə yalnız insan tərəfindən verilmiş sorğuları müəyyənləşdirmir, həm də onun vəziyyətini təhlil etmək qabiliyyətinə malikdir. Bu sistemin yaradıcılarından biri olan professor Castin Kassel deyir: "Bizim sistemimiz sizin hərəkətlərinizə uyğun olaraq düzəliş edir və sistem bir neçə düzəlişdən sonra ən optimal davranış xəttini seçir. Bu, bir ilkdir". Qeyd edək ki, "S.A.R.A." köməkçisi öz animasiyası, mimikası və əl-qol hərəkətlərinə malik avatar formasındadır. "S.A.R.A" interaktiv köməkçisi ilə danışmaq imkanı əldə etmiş şəxslər əmin edirlər ki, assistent tərəfindən təqdim edilən informasiya digər virtual köməkçilərdən geri qalmır. Amma vizual görüntü ünsiyyəti daha maraqlı edir. (ictnews) / Teqlər : #Süni intellekt alqoritmlərindən istifadə edən interaktiv köməkçi təqdim edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnstagramdan namaz çağrışı Ərəblər üçün yeni Votsap yaradılır