Sürücülər artıq buna görə də cərimə olunacaq

Sürücülər artıq buna görə də cərimə olunacaq

-- Ödənilən pulu da nəzarətçilər özlərində saxlayacaq və...

Bu gündən Bakıda bütün parkomatlar ləğv edilib. 
 
Maide.Az "Sputnik Azərbaycan"-a istinadən  xəbər verir ki, bu barədə jurnalist Mahir Məmmədli sosial şəbəkələrdə məlumat paylaşıb.
 
O, qeyd edib ki, artıq parkinq nəzarətçilərinə kiçik elektron cihazlar verilib: "Avtomobil dayanan kimi aparata daxil edilir və mərkəzi sistemə maşın haqqında məlumat ötürülür. Məsələn, əvvəl yarım saatlıq pul ödəyib 1 saat sonra gəlmək olurdu. Amma indi sistem onu borc kimi hesablayacaq və pulu ödəməyənlər cərimə olunacaq. Ödənilən pulu da nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq".
 
 
 
 

Google+ WhatsApp ok.ru