Sürücülər: 'Pulu alırlar, protokol vermirlər'

Sürücülər: 'Pulu alırlar, protokol vermirlər'

-- Bir sıra sahibkar və sürücü dekabrın 11-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısına yığılıb

Sifarişlə sərnişindaşıma ilə məşğul olan bir sıra sahibkar və sürücü dekabrın 11-də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısına yığılıblar.
 
AzadlıqRadiosuna danışan sürücülərin bildirməsinə görə, son vaxtlar Yol Polisi İdarəsinin bir sıra əməkdaşları onların fəaliyyətinə maneçilik törədirlər.
 
«Gah şüşələrin tünd rəngdə olmasını, gah oturacaq yerlərinin sayının düz göstərilməməsini, gah da başqa bir məsələni bəhanə edərək maşınları saxlayırlar, sənədləri alırlar. Deyirlər ki, get Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə. Orada 150 manat ödəniş etdirirlər, əvəzində hər hansı protokol və ya sənəd vermirlər. Elə bil ki, 3-4 Yol polisi əməkdaşı bu məsələ üçün ayrılıb...», -sürücülərdən biri vurğulayır.
 
Sürücülər deyirlər ki, bu özbaşınalığı durdurmaq məqsədilə Bakı Şəhər Dövlət Yol Polisinin İdarəsi önünə gəliblər. Məqsədləri idarənin rəhbərliyi ilə görüşüb şikayətlərini çatdırmaqdır.
 
Sürücülərin şikayətinə hələlik Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən münasibət almaq mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru