Sürücülərin nəzərinə: Bu saatlardan etibarən...

Sürücülərin nəzərinə: Bu saatlardan etibarən...

-- Bəzi ərazilərdə hərəkət qismən məhdudlaşdırılacaq

Bu gün gündüz və gecə paytaxtın bir neçə ərazisində hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 11:00-dan axşam saatlarınadək Binəqədi rayonu Biləcəri dairəsində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Səbail rayonu, Neftçilər prospektinin Əziz Əliyev və Rixard küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
 
Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 

Google+ WhatsApp ok.ru