Sürücülərin nəzərinə – Bu yolda hərəkət bərpa olunur

Sürücülərin nəzərinə – Bu yolda hərəkət bərpa olunur

-- Binəqədi şossesində hərəkət bərpa olunub

Binəqədi şossesində ötən axşamdan etibarən hərəkət bərpa olunur.
 
Maide.Az xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk hesabında məlumat yayıb.
 
Qurum rəsmisi qeyd edib ki, şosse boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb: “Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də iş prosesinə uyğun olaraq görüləcək”.
 

 

Google+ WhatsApp ok.ru