Sən demə şəkərin insan orqanizminə heç bir faydası yoxmuş

Sən demə şəkərin insan orqanizminə heç bir faydası yoxmuş

Əgər bilsəniz ki, qəndin və şəkərin insan orqanizminə xeyrindən çox ziyanı var, bir daha onu qəbul etməkdə ən azından ehtiyat edər və ya daha az qəbul etməyə çalışarsınız. Baxmayaraq ki,  günümüzdə şəkərin bir sıra xəstəliklərin, xüsusən şəkərli diabet, kökəlmə və digər ciddi xəstəliklərin mənbəyi kimi şəkər göstərilsə də, mütləq əksəriyyət yenə də şəkərdən daha çox istifadəyə üstünlük verir. Lakin elm adamları şəkər “ağ ölüm” adlandıraraq, bu məhsuldan çox istifadənin insan həyatı və saöğlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu qənaətindərir.
 
Azərbaycan insanı  çay içməyi çox sevdiyindən daha çox dişləmə qəndə üstünlük verir və elə gün olur ki, bir insan bir neşə yüz qram qəndi həzmi-rabedən keçirir. Ancaq bu qədər qəndi qəbul etməsinin orqanizmi üçün nə qədər ziyan olduğunun fərqində belə deyil. Hələ mən insanlarımızın müxtəlif növ şirniyyatlar, mürəbbələr, şəkərləmələr qəbul etməsini demirəm. Digər qida məhsullarının tərkibindəki qlikoza və saxarozanı demirəm. Odur ki,  əziz oxucular sizlərə şəkərin insan orqanizminə konkret  zərərləri haqqında söz açacayıq. Ümid edirəm ki, bundan sonra hər birimiz şəkərli qidaların daha az istifadəsinə üstünlük verəcəyik.
 
Elm adamları hesab edir ki, şəkərin kalorisi yüksək olduğundan insan orqanizmi onu  tam həzm edə bilmədiyindən sağlamlığımızda ciddi sorunlara yol açır.
 
Amerika Kardioloqlar Cəmiyyətinin açıqlamaına görə, kişilər gündə 35 qram (150 kalori), qadınlar isə 20 qram(100 kalori) həcmində şəkər qəbul etsələr daha yaxşı olar.
 
Birincisi, şəkərin, xüsusən də rafinə edilmiş şəkərin, daha doğrusu parça qənd və şəkər tozunun insan vücuduna heç bir faydası yoxdur.  Elm adamları hesab edir ki, şəkərin tərkibindəki fruktoza və qlükozanı müxtəlif digər qida və meyvləri qəbul etməklə bədənin tələbatını ödəmək mümkündür.
 
İkincisi, çox şəkər qəbul etmək insan sifətinin qırışıqlığına yol açır. Çünki şəkərin tərkibindəki proteinin miqdarı çox olduğundan tam həzm olunmur və bu da nəticədə sifətin qırışıqlığına, pozulmasına gətirib çıxarır.
 
Üçüncüsü, şəkər hafizəni zəiflədir. Çox şəkər qəbul etmək hafizənin itməsinə və yaddaşsızlığa yol açır.
 
Dördüncüsü, xərçəng xəstəliyi riskini artırır.
Hələ 2010-cu ildə Ameriak dietologiya təşkilatının yaydığı hesabatda xərçəng xəstəliyinə insanın miqdarından artıq şəkər qəbul etməsinin yol açdığı  göstərilib. Miqdarından artıq şəkərin qəbul edilməsi orqanizmdə insulin dirənişini də zəiflədir.
 
Beşincisi, şəkər insan orqanizminin və vücudunun müdafiə sistemini zəiflədir. Şəkərin çoxluğundan orqanizmdəki hüceyrələr yetərincə C vitamini ilə təmin oluna bilmir. Bu da nəticədə orqanizmin zəifləməsinə və müqavimət gücünün azalamsına səbəb olur. Bildiymiz kimi C vitamini orqanizmin immunitet rolunu oynamaqla, müqaviməti artırır.
 
Altıncısı, çox şəkər qəbul etmək dişlərin sıradan çıxmasına səbəb olur.
 
Yeddincisi, qaraciyərin piylənməsinə yol açır.
 
Səkkizinci, ürək fəaliyyətinə ziyan vurmaqla və infakt riskini artırır. Belə ki, qanda xolesterol kimi tanınan LDL vətrigliseridlərin yüksəlməsinə səbəb olur ki, bu da ürək infaktı riskini artırır.
 
Doqquzuncu, şəkər insanın əhval-ruhiyyəsinə pis təsir edir. Şəkərdə “xoşbəxtlik hormonu” deyilən serotonin hormonu xüsusən kişilərdin əhvalını açır, ancaq bunun təsiri bitdikdə isə insan əhvalını pozan vəziyyət yaradır.
 
Onuncu fakt kimi şəkər qanda insulinin zəifləməsinə səbəb olur və bur ciddi problemlər gətirib çıxarır. (gununsesi.info)
 

Google+ WhatsApp ok.ru