Sənədlərdə yazılmış şəxs adları, soyadlarla bağlı dəyişikliklər etməyə ehtiyac yoxdur

Sənədlərdə yazılmış şəxs adları, soyadlarla bağlı dəyişikliklər etməyə ehtiyac yoxdur

-- Qəbul olunacaq yeni qaydalara görə...

Qəbul olunacaq yeni qərarlar əsasında indiyədək sənədlərdə yazılmış şəxs adları, soyadlarla bağlı dəyişikliklər etməyə ehtiyac yoxdur.  
 
Maide.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli orfoqrafiya qaydalarına edilən son dəyişikliklərlə bağlı Trend-ə verdiyi  müsahibəsində deyib. 
 
İ.Həbibbəyli deyib ki, bu qaydalara görə heç kəsin pasportunu, şəxsiyyət vəsiqəsini dəyişməsinə gərək yoxdur. “Adlar, soyadlar pasportda necə yazılıbsa, o cür də qəbul olunub. Hətta orfoqrafiya qaydaları təsdiqləndikdən sonra da valideyn öz uşağına iki "y" sammiti olan ad qoya bilər. Adlar, soyadlarla bağlı qayda belədir ki, onlar pasporta necə yazılıbsa, elə də qəbul edilməlidir. Bunlar orfoqrafiya qaydalarına tabe deyil. Adlar, soyadlar subyektivdir, valideynlərin arzusuna bağlıdır. Ancaq arzu edərdim ki, bundan sonra doğulan uşaqlara yeni qaydalara uyğun adlar qoyulsun. Onu da deyim ki, yazılışında düzəliş etdiyimiz sözlərin arasında adlar ya ümumiyyətlə yoxdur, ya da onların sayı çox cüzidir.”
 

Google+ WhatsApp ok.ru