Sənədsiz evlərlə bağlı MÜHÜM TƏKLİF

Sənədsiz evlərlə bağlı MÜHÜM TƏKLİF

-- Xırdalan və Abşeronda kənd təsərrüfatı kateqoriyasına aid olan torpaqların....

 Milli Məclisdə çıxışı zamanı deputat Elmira Axundova  yaz sessiyasının qanunvericilik işləri planına təkliflər irəli sürüb. 
 
Maide.Az -ın "Publika.az"-a istinadən məlumatına görə,  deputat deyib ki, Xırdalan və Abşeronda kənd təsərrüfatı kateqoriyasına aid olan torpaqlarda uzun illərdir ki, fərdi evlər inşa edilib. "Burada insanlar illərdir ki yaşayır, övladlarına xeyir işlər edir, vəfat edənlər olur. Eyni zamanda burada ev inşası qanunsuz olsa da, fərdi evlər kommunal və rabitə xidmətlərindən istifadə edir, vergi ödəyirlər. Bu evlərin çoxuna bələdiyyə və ya icra hakimiyyətləri sənədlər verib. Ancaq bu torpaqlar kənd təsərrüfatı təyinatlı olduğuna görə, evlərə çıxarış əldə edə bilmirlər.
 
Məncə, bu toropaqların təyinatının dəyişdirilsə və yaşayış torpaqları kimi qeydə alınsa yaxşı olardı. Çünki bu artıq sosial problem halına gəlib. Minlərlə insan uzun illərdir ki, qanunsuz olsa da, burada yaşayırlar. Hesab edirəm ki, Torpaq Məcəlləsinə və ya müvafiq qanunda dəyişiklik edilməsinmə yaz sessiyası dövründə baxılmalıdır. Yox, əgər bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədirsə, onlar buna diqqət etməlidirlər”.
 

 

Google+ WhatsApp ok.ru