Sərhədsiz həkimlər: İsrail əskərləri fələstinlilərə qarşı sümüyü toza çevirən güllələrdən istifadə edir

Sərhədsiz həkimlər: İsrail əskərləri fələstinlilərə qarşı sümüyü toza çevirən güllələrdən istifadə edir

“Sərhədsiz həkimlər" (MSF) təşkilatı  Livanın  paytaxtı  Beyrutda “Sümüklər toza çevrildiyində" mövzusunda panel təşkil  edib. 
 
Maide.Az “AA”a istinadən xəbər verir ki, paneldə çıxış edən "Sərhədsiz həkimlər" (MSF) təşkilatının Livan ofisinin icraçı direktoru Cihan Besisu bildirib ki,  işğalçı İsrail rejim  əskərləri  Böyük Qayıdış Yürüşünə qatılan fələstinlilərə hücumlar zamanı “sümükləri toza çevirən” güllələrdən istifadə edib. 
 
Qəzzadakı tibb sektorundakı durumu dəyərləndirən və Qəzzadan fotolara yer verilən paneldə  MSF təşkilat həkimlərinin qarşılaşdığı hadisələrlə bağlı məlumatlar verilib. 
 
C.Besisu bildirib ki, etiraz aksiyalarının başlandığı iki ay ərzində  “Sərhədsiz həkimlər" (MSF) təşkilatı  həkimləri  tərəfindən müalicə olunan fələstinli yaralıların sayı  işğalçı rejimin 2014-cü ildə Qəzzaya  hücumu zamanı yaralanan fələstinlilərdən  daha çoxdur.  “Təşkilata aid kiliniklərdə  çox sayda yaralı müalicə olunub və tibb işçilərimiz  sümüklərin tam anlamıyla  toza döndüyünün şahidi olub.  Əməliyyat nəticəsində yaralıların durumu sabitləşsədə  bir çox yaralının yenindən əməliyyat olunmağa və  uzun müddətli  həkim nəzarətinə ehtiyacı var”. 
 
MSF təşkilatının Fələstində müalicə etdiyi yaralıların  bəzilərinin işğalçı İsrail rejim əskərlərinin  gecə hücumları və  evlərə basqınları nəticəsində şoka düşən uşaqlar oluduğunu deyən C.Besisu bildirib ki,  İsrailin tətbiq etidyi mühasirə Qəzzanı dünyadakı ən böyük açıq həbsxanaya çevirib. 
 

Google+ WhatsApp ok.ru