Sərəncam verildi - mayın 5-dən 25-dək sarı zolağa girən sürücülər cərimələnəcək 27 Aprel 2017 01:00 Ölkə Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı hərəkət zolaqlarından mayın 5-dən 25-dək tətbiq olunacaq. K.Əliyev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər. O, həmçinin qeyd edib ki, 5-25 may tarixlərində nəqliyyat vasitələrinin rayonlardan Bakı şəhərinə daxil olması ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqinə də nəzarət gücləndiriləcək. Aidiyyatı olmayan maşınlar zolağa girsə, 40 manat cərimə olunacaq. Qeyd edək ki, göstərilən tarixlərdə regionlarda qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakıya daxil olmasına müəyyən məhdudiyyət qoyulacaq. Mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. / Teqlər : #Sərəncam verildi mayın 5dən 25dək sarı zolağa girən sürücülər cərimələnəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda sulu qəlyandan istifadə də məhdudlaşdırılır Metropoliten işçiləri etiraz aksiyası keçirib