Səud rejimi Yəməndə 2 mindən çox məktəbi məhv edib

Səud rejimi Yəməndə 2 mindən çox məktəbi məhv edib

Yəmən Təhsil Nazirliyi məhv edilmiş təhsil ocaqları barədə məlumat yayıb.
 
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəməndə 2 mindən çox məktəbi məhv edib. Bu haqda Yəmən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin direktoru İsmayıl Zeydan məlumat verib.
 
“Səudiyyə aqressiyası nəticəsində 2306 məktəb və digər təhsil müəssisəsi məhv edilib.”, - deyə o bildirib.
 
Onun sözlərinə görə, dəymiş zərərin dəyəri 400 milyon dollardır. O, əlavə edib ki, əməliyyatlar nəticəsində onlarla müəllim və şagird həlak olub.
 
Səud rejimi Yəməndə 2 mindən çox məktəbi məhv edib (islamazeri) 
 

Google+ WhatsApp ok.ru