Səud rejimi Yəməni yenə bombaladı

Səud rejimi Yəməni yenə bombaladı

Səudiyyə Ərəbistan rejiminin havadan endirdiyi zərbələr dinc sakinləri daşıyan avtobusa tuş gəlib.
 
İslamazeri.az-ın "Reuters"-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanını rejimi Yəmənin şimal-qərbinə hava zərbəsi endirib. Hadisə nəticəsində 12 dinc sakin həlak olub.
 
Hadisə Husilərin nəzarəti altında olan Hədca əyalətinin şimal-qərbində yerləşən Xiran adlı ərazidə baş verib. Səud rejiminin endirdiyi zərbə avtobusa tuş gəlib. Həmin insanlar yerli bazara gedirlərmiş.
 
Səud rejimi nümayəndələri məlum məsələni hələ şərh etməyib. /

Google+ WhatsApp ok.ru