Səud rejimi zəvvarlara Bəqi qəbiristanlığını kənardan izləməyi belə qadağan etdi - FOTO

Səud rejimi zəvvarlara Bəqi qəbiristanlığını kənardan izləməyi belə qadağan etdi - FOTO

Səudiyyə Ərəbistanı rəhbərliyi Mədinə şəhərində yerləşən Bəqi qəbristanlığı ilə bağlı növbəti qadağa tətbiq edib.
 
Maide.Az xəbər verir ki, bu barədə "iribnews və mashreghnews" saytları məlumat yayıb.
 
Səudiyyə Ərəbistan rejimi dini azadlıqların məhdudlaşdırılması tədbirlərinin davamında müsəlmanların ziyarət etməsi üçün qadağan olunan məşhur Bəqi qəbristanlığına  indi də hündür çəpərlər çəkilib.
 
Buna qədər Həcc ziyarətinə gedən zəvvarlar qəbristanlığa daxil ola bilməsələr də, kənardan müqəddəs şəxslərin məzarlarına baxmaqla kifayətlənirdilər. Hazırda Səudiyyə rejimi müsəlmanların müqəddəs məzarlığa baxmasına belə məhdudiyyət yaradıb.
 
Hicri qəməri tarixi ilə 1344-cü ildə  Şəvval ayının 8- ində  Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər.
 
Onlar bununla kifayətlənməyərək, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə yeksan ediblər. Bu qəbiristanlıqda imam Həsən (ə), İma Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər tanınmış səhabələr dəfn ediliblər.  
 
İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, hərəmlərin bərpa edilməsini tələb edir.
 
Bəqi qəbiristanlığı Səudiyyə Ərəbistanının ‏‎Mədinə şəhərində, Nəbəvi Məscidindən (Peyğəmbər (s) Məscidi) cənub-şərqdə yerləşir. 622-ci ilin sentyabrında Peyğəmbər (s) Məkkədən Mədinəyə gəlir. Həmin dövrdə Ən-Nəbəvi Məscidin tikintisi zamanı Peyğəmbər (s) buradakı Əl-Bəqi adlı böyük torpaq sahəsini satın alır. Burada həmçinin Məhəmməd peyğəmbərin (ə) əmisi Abbas ibn Əbdülmütəllib də dəfn olunub.
 

Google+ WhatsApp ok.ru