Səudiyyə bir ilə Yəməndə 300 qətliam törədib

Səudiyyə bir ilə Yəməndə 300 qətliam törədib

-- Qətliamların törədildiyi əyalətlərin başında Səda gedir

Səudiyyə Ərəbistanı son bir ildə Yəməndə minimum 300 kütləvi qırğın törədib.
 
Bu barədə insan hüquqları təşkilatlarının verdiyi statistikalara əsasən məlumat verilir.
 
Qətliamların törədildiyi əyalətlərin başında Səda gedir. Ötən gün Səda və Couf əyalətlərində mülki insanların nəqliyyat vasitəsinə endirilən hava zərbələrində onlarla yəmənli ölüb və yaralanıb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi bərpa etmək bəhanəsilə bu ölkəyə hücuma keçib.
 
Səudiyyə Ərəbistanı Yəmənə humanitar yardımların çatdırıldığı əl-Hudeyda dəniz limanı və Səna hava limanını da bağlayıb.
 
2015-ci ilin martından indiyə qədər Yəməndə ölən mülki şəxslərin sayı 20 min civarında təxmin edilir.(islaminsesi)
 

Google+ WhatsApp ok.ru