Səudiyyə ordusu yenidən uşaqlara atəş açıb: 26 ölü var

Səudiyyə ordusu yenidən uşaqlara atəş açıb: 26 ölü var

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin liman şəhəri olan Hudeydəyə avia zərbə endirib.
 
Maide.Az "FaktXəbər"ə istinadən məlumat verir ki, əl-Dureyhim qəsəbəsində mülki vətəndaşları daşıyan mikroavtobusa atılan raket nəticəsində 22-si uşaq, 4-ü qadın olmaqla, ən azı 26 nəfər həyatını itirib.
 
Buna qədər Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri 9 avqustda Yəmənin Səda şəhərinə təşkil etdiyi oxşar hücumda 50 məktəbli qətliam edilmişdi.
 
Qeyd edək ki,  Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib. Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 
 

Google+ WhatsApp ok.ru