Səudiyyə rejimi qadağan olunan silahlarla Yəmənə hücum etdi

Səudiyyə rejimi qadağan olunan silahlarla Yəmənə hücum etdi

Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiya Yəmənə qarşı hərbi təcavüzünü davam etdirir.
 
Səudiyyə rejimi beynəlxalq ictimaiyyətin susması fonunda Yəmənin dinc əhalisinə qarşı bütün beynəlxalq konvensiyalar tərəfindən qadağan olunan silahlardan və kasset bombalarından istifadə edir.
 
Səudiyyə rejimi daima kasset bombalarını Yəmənin müdafiəsiz və günahsız əhalisinin üzərinə yağdırır. Səudiyyə rejimi Mərib vilayətini qadağan olunan kasset bombalarından atəşə tutub. Bu hücumlar nəticəsində bir neçə mülki vətəndaş həlak olub, xeyli sayda insan isə yaralanıb. Bu hücumlar nəticəsində xeyli sayda mülki obyektin dağıntısı qeydə alınıb. (deyerler) /

Google+ WhatsApp ok.ru