Səudiyyə rejimindən Yəmənə qarşı kasset bombası etirafı

Səudiyyə rejimindən Yəmənə qarşı kasset bombası etirafı

Səudiyyə rejiminin müdafiə nazirinin müşaviri Ər-Riyadın Yəmənə qarşı iqtisadi embarqo və bu ölkədə bir çox mülki vətəndaşın ölümü ilə nəticələnən kasset bombası hücumlarını müdafiə edib.
 
Səudiyyə rejiminin müdafiə nazirinin müşaviri və Yəmənə qarşı ərəb koalisiyasının sözçüsü Əhməd Əl-Asiri BBC televiziyasına müsahibə verib. Əl-Asiri müsahibəsində, Ər-Riyadın Yəməndə qadağan olunmuş silahlardan istifadə etməsinin qanuni olduğunu açıqlayaraq, kasset bombasının kimyəvi silah olmadığını, dünyadakı bütün ölkələrin hava qüvvələrinin istifadə etdiyini və hərbi güclərinin bir
hissəsini təşkil etdiyini deyib.
 
Əl-Asiri Yəməndəki müharibənin əvvəlindən etibarən Böyük Britaniyanın Səudiyyə rejiminə ən azı 3 milyard funt sterlinq dəyərində silah satdığını deyib. O, Səudiyyə rejiminin Böyük Britaniya ilə silah müqavilələri imzaladığını və ödədiyi pulların Böyük Britaniyanın iqtisadiyyatına daxil olduğunu, İngiltərənin silah satışını dayandıracağı təqdirdə, Ər-Riyadın digər ölkələrdən silah tədarük edəcəyini bildirib.
 
Əl-Asiri ərzaq və yanacaq daşıyan və minlərlə yəmənli insanın həyatını xilas edəcək yüklərin geri qaytarılması ilə bağlı verilən suala isə belə cavab verib: "Səudiyyə Yəmənin güclənməsini istəmir". (deyerler) /

Google+ WhatsApp ok.ru