Səudiyyə rejiminin döyüş təyyarələri 7 nəfərlik yəmənli ailəni öldürdü

Səudiyyə rejiminin döyüş təyyarələri 7 nəfərlik yəmənli ailəni öldürdü

-- BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Griffitsin mart ayında vəzifəsinə başlayacağı bildirilir

Səudiyyə rejiminin döyüş təyyarələri fevralın 8-i Yəmənin Əl-Cuf əyalətinə təşkil etdiyi hücumda 7 nəfərlik bir ailəni öldürüb.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Səudiyyə rejiminin döyüş təyyarələri bundan əvvəl də dəfələrlə oxşar hücumlarla Yəmən xalqını qətliam etmişdi.
 
Bu arada, Omanın paytaxtı Maskatda yerləşən Yəmənin Ənsarullah hərəkatının müzakirə heyəti BMT-nin Yəmən üzrə yeni xüsusi nümayəndəsinin vəzifəsinə başlamasına qədər bütün siyasi müzakirələri təxirə saldığını bildirib.
 
Ənsarullah hərəkatı BMT-nin Yəmən üzrə hazırki nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd və onun müavini Muin Şərif ilə müzakirəni qəbul etmir.
 
BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Griffitsin mart ayında vəzifəsinə başlayacağı bildirilir.
 
 
 

Google+ WhatsApp ok.ru