Səudiyyə rejiminin Yəmənə hərbi təcavüzü nəticəsində 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb

Səudiyyə rejiminin Yəmənə hərbi təcavüzü nəticəsində 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb

-- Əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var

2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, bunu brifinqdə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı İdarəsinin rəsmi nümayəndəsi Rupert Kolvill deyib.
 
O bildirib ki, ölənlərin və xəsarət alanların sayı 2015-ci ilin martından indiyədək 14 168 nəfərə çatıb: "5295 nəfər həlak olub, 8873-ü yaralanıb. Bu rəqəmləri İdarənin Yəmən ofisi təqdim edib, lakin real rəqəmlər yəqin ki, daha yüksəkdir".
 
Hazırda ölkədə 20 milyon nəfər - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub.
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.
 
BMT ərzaq və tibb tədarükündən əlavə Yəmənə heç bir ərzaq və tibbi malları buraxılmadığını da əlavə edib.
 
Xatırladaq ki, BMT Səudiyyə Ərəbistanının  rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib.
 

Google+ WhatsApp ok.ru