Səudiyyə Yəməndə dinc insanları vurdu

Səudiyyə Yəməndə dinc insanları vurdu

-- 29 nəfər həlak oldu

Səudiyyə Ərəbistanın rejiminin başçılıq etdiyi  koalisiya  qüvvələri Yəmənə hava zərbələri endirib.
 
“Qafqazinfo” xəbər verir ki, hava hücumları nəticəsində 29 nəfər ölüb.
 
Qeyd edək ki,Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 mindən çox yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrastrukturu məhv olub. 
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.
 
BMT ərzaq və tibb tədarükündən əlavə Yəmənə heç bir ərzaq və tibbi malları buraxılmadığını da əlavə edib.
 
Xatırladaq ki, BMT Səudiyyə Ərəbistanının  rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib.
 

 

Google+ WhatsApp ok.ru