Səudiyyə Ərəbistanda `Yaxın Şərq Tənəffüs Sindromu`  virusu təhlükəsi

Səudiyyə Ərəbistanda `Yaxın Şərq Tənəffüs Sindromu` virusu təhlükəsi

ər-Riyad xəstənalarında  MERS olaraq bilinən "Yaxın Şərq Tənəffüs Sindromu" virusuna yoluxmuş daha 7 hal müşahidə olunub. Bunu Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi bildirib. 
 
Maide.Az “islam.ru”-ya istinadən xəbər verir ki, Riyad xəstənalarının birində iyun ayının 10-da bir nəfər başqa diaqnozla xəstəxanaya yerləşdirilən xəstə MERS-dən həyatını itirib. Bundan sonra onunla kontaktda olan 6 tibb işçisində də bu hal müşahidə olunub və onlarda xəstəxanaya yerləşdirilib. 
 
Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, hazırda Ər-Riyad xəstəxanalarında MERS-ə yoluxmaqda şübhəli bilinən bir neçə xəstə müalicə olunur. 
 
May ayının əvvəlindən iyun ayının ortalarına kimi Riyad xəstəxanalarında 27 nəfər MERS-ə yoluxmuş şəxs qeydiyyata alınıb.  
 
MERS olaraq bilinən "Yaxın Şərq Tənəffüs Sindromu" ilk dəfə Səudiyyə Ərəbistanında 2012-ci ildə tapıldı. Həmin dövrdən indiyədək bu ölkədə1634 nəfər MERS-ə yoluxub ki, onlardan 720 nəfəri ölüb. /

Google+ WhatsApp ok.ru