Səudiyyə Ərəbistanı 2018-ci ilin sonunadək 2 nüvə stansiyasının tikintisinə başlayacaq

Səudiyyə Ərəbistanı 2018-ci ilin sonunadək 2 nüvə stansiyasının tikintisinə başlayacaq

2018-ci ilini sonunadək Məlik Abdullah adına nüvə və bərpa olunan enerji parkında iki atom stansiyasının tikintisinə başlanılacaq.
 
Maide.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Məlik Abdullah adına nüvə və bərpa olunan enerji parkının  nüvə enerjisi üzrə icraçı direktoru  Mahir Əl-Üdvan deyib. 
 
O deyib ki,  2018-ci ilin sonunadək  bu iki nüvə stansiyasının tikintisi üzrə tender elan olunacaq və  stansiyaların tikintisi üçün müqavilələr imzalanacaq.  
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 1200 və 1600 meqavat elektrik enerjisi istehsal gücünə malik 2 nüvə stansiyası tikməyi planlaşdırır. 
 

Google+ WhatsApp ok.ru