Səudiyyə Ərəbistanı hələ də Yəməndə dinc sakinlər əleyhinə kaset bombalardan istifadə edir

Səudiyyə Ərəbistanı hələ də Yəməndə dinc sakinlər əleyhinə kaset bombalardan istifadə edir

"Amnesty İnternational" Səudiyyə Ərəbistan və onun müttəfiqlərini Yəmənin yaşayış məntəqələrində kaset bombalarından istifadə etdiyinə görə kəskin tənqid edib. 
 
Maide.Az xəbər verir ki, "Amnesty İnternational" cümə axşamı günü yayımladığı bəyanatda Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin fevral ayının 15-də Yəmənin 3 bölgəsində yaşayış məntəqəsində Braziliyanın istehsalı olan kaset bombalarından istifadə edib. Bu hücumda 2 nəfər yaralanıb.
 
Hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiya qüvvələri 2015-ci ilin oktyabr ayında və 2016-cı ilin may ayında da kaset bombalardan istifadə edib. 
 
"Amnesty İnternational" Braziliyaya təklif edib ki, kaset bombalardan istifadəni qadağan edən qanunlara qoşulsun. 
 
Təşkilat Səudiyyə Ərəbistanı rejimi və koalisiya qüvvələrindən istəyib ki, Yəməndə kaset bombalardan istifadəyə son qoysun. 
 
Qeyd edək ki, ötən il "Amnesty International" Səudiyyə Ərəbistanın kaset bombalardan istifadəsinə dair sənədləri toplamışdı. 
"Amnesty İnternational" elan etmişdi ki, kaset bombaları britaniyalı şirkət hazırlayıb və Səudiyyə Ərəbistanına təhvil verib. 
  
Bəyanatda Səuidyyə rejiminin qırıcılarının kaset bombalarından istifadə etdiyini və bu bombaların dinc sakinlərinə törədəcəyi təhlükə ilə bağlı xəbərdarlıq edilmişdi. 
 
Xatırladaq ki, bundan öncə də "Human Rights Watch" və "Beynəlxalq Amnistiya Təşkilatı" dəfələrcə Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu və bu cinayəti dayandırması haqqında bəyanatlar verib. Lakin Səudiyyə rejimi hələ də Yəməndə dinc sakinlərə qarşı bu silahdan istifadə edir. /
 
تصویر عفو بین‌الملل از بقایای بمب‌های خوشه‌ای ساخت انگلیس که از شمال یمن جمع‌آوری شده‌اند.
 
کودکان یمنی در میان ویرانۀهای ساختمانی که در حملۀ هوایی عربستان به صنعا، پایتخت این کشور، ویران شد، ایستاده‌اند (عکس از خبرگزاری فرانسه)

Google+ WhatsApp ok.ru