Səudiyyə Ərəbistanı Yəmən paytaxtını bombalayıb

Səudiyyə Ərəbistanı Yəmən paytaxtını bombalayıb

-- 39 nəfər ölüb, 80-dən çox yaralı var

Təcavüzkar Səudiyyə Ərəbistanı rejim qüvvələri Yəmənin paytaxtı Səna şəhərinin polis idarəsinə havadan zərbə endirib. 
 
Maide.Az xəbər verir ki, "Anadolu" agentliyinin məlumatına görə, hava hücumu  nəticəsində 39 nəfər ölüb. 80-dən çox yaralı xəstəxanaya yerləşdirilib. 
 
Hadisə zamanı polis idarəsinin binasında 180 nəfər olub. 
 
Xatırladaq ki,  2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində Yəməndə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub.
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.   
 
Ötən altı ay ərzində Yəməndə 900 min yəmənli uşaq vəbaya tutulub. 
 
 

Google+ WhatsApp ok.ru