Səudiyyə Ərəbistanın Yəmən 3 illik təcavüzü - STATİSTİKA

Səudiyyə Ərəbistanın Yəmən 3 illik təcavüzü - STATİSTİKA

-- Səudiyyə rejimi Yəməndə 600 məscidi dağıdıb

Yəmənin İnsan Haqları Nazirliyi Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı 3 illik hərbi təcavüzü nəticəsində 315 min yəmənlinin həlak olduğunu bildirib. 
 
Maide.Az "İQNA"-a isitnadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rjeimi  Yəməndə 600 məscidi dağıdıb.
 
Yəmənin İnsan Haqları Nazirliyi Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı hərbi təcavüzünün 4-cü ildönümü münasibəti ilə yaydığı hesabatda bildirib: Ali-Səud rejiminin və onun müttəfiqlərinin son üç il ərzində Yəmənə qarşı bir başa hücumlarında 15 min yəmənli şəhid olub və 300 min mülki şəxs isə bu təcavüzün fəsadları nəticəsində həyatını itirib. 
 
247 min yəmənli uşaq qida çatışmazlığı, 17608 uşaq müalicə imkanından məhrum olduğuna görə həyatını itirib. 12 min nəfər böyrək çatışmazlığı, 2236 nəfər vəba xəstəliyinə görə və 450 nəfər doğarkən ölüb. 
 
2361 nəfər təcavüzkarların dəstəklədikləri qrupların cinayətkar əməlləri nəticəsində həyatını itirib yaxud yaralanıb. Yəmənə qarşı hərbi təcavüzün bir başa qurbanarının sayı 38500 nəfərdir.  Ölənlərin 2947 nəfərini uşaqlar, 2060 nəfərini qadınlar, 8979 nəfərini isə kişilər təşkil edir. 
 
Yəmənin İnsan Haqları Nazirliyinin hesabatında sonra deyilir: Yəmənə təcavüz edənlər 600 məscid və 291 turizm infrastrukturunu məhv edib, 393 tarixi abidəyə ziyan vurub.
 
Təcavüzkarlar 271 zavodu, 19 mediya müəssisəsini, 28 radio və televiziya ötürücüsünü məhv edib. 
 
Səudiyyə rejiminin  Yəmənə təcavüzü nəticəsində son 3 il ərzində 400 dövlət rabitə müəssisə və qovşağı, 420 elektrik şəbəkəsi və xətti, 450  yanacaqdoldurma məntəqəsiı və 85 idman salonu dağıdılıb. 
 
300 min yəmənli mülki şəxs bu ölkəyə qarşı hərbi təcavüzün təsirləri nəticəsində həyatını itirib.
 
Həmçinin 2.5 milyon məktəbli və universitet tələbəsi Ali-Səud rejimi və onun müttəfiqlərinin Yəmənə qarşı hücumları nəticəsində təhsil imkanından məhrum olub. 
 

Google+ WhatsApp ok.ru