Səudiyyə Ərəbistanında dövlət çevrilişi cəhdi? - VİDEO

Səudiyyə Ərəbistanında dövlət çevrilişi cəhdi? - VİDEO

-- hadisə yerinə ağır texnikalar da cəlb edilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kral sarayının yaxınlığında atışma baş verib.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə ağır texnikalar da cəlb edilib.
 
Hücum edən şəxslərin kimlər olduğu barədə hələlik məlumat yoxdur.
 
Saraya yaxın mənbələr kral Salman bin Əbdüləzizin təhlükəsizlik üçün hərbi bazalardan birinə aparıldığını bildiriblər.
 
“The Wall Street Journal” qəzetinin jurnalisti Marqarita Stankati isə bildirib ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ciddi heç nə baş verməyib.
 
Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, hər şeyə səbəb pilotsuz üçüş aparatının kral saratına həddən artıq yaxınlaşması olub. Bu məlumatı “Reuters” də təsdiqləyib.
 
Daha öncə bildirilirdi ki, çevriliş cəhdinə ölkənin quru qoşunlarının rəhbəri general Alukas Neplis başçılıq edir.
 
Hüquq müdafiəçisi Əli Əl-Əhməd özünün “Twitter” hesabında təsdiq edib ki, kral Salman ibn Əbdül-Əziz əl Səud saraydan təxliyyə olunub.
 
Mənbənin sözlərinə görə, kral “Kral Xalid” hərbi bazasına aparılıb.
 

Google+ WhatsApp ok.ru