Səudiyyə Ərəbistanında polis postu atəşə tutulub, ölənlər var

Səudiyyə Ərəbistanında polis postu atəşə tutulub, ölənlər var

-- bir polis zabiti və Banqladeş vətəndaşı hadisə yerində ölüb

Səudiyyə Ərəbistanının Əl-Qasım inzibati dairəsində silahlı insident qeydə alınıb.
 
Maide.Az "APA"-a istinadən xəbər verir ki, polis postu avtomobildən atəşə tutulub. Nəticədə bir polis zabiti və Banqladeş vətəndaşı hadisə yerində ölüb.
 
Məlumata əsasən, cavab atəşi ilə avtomobildə olan iki silahlı məhv edilib, biri yaralanıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Google+ WhatsApp ok.ru