Səudiyyə Ərəbistanından İrana dəvət göndərildi: 2017-ci ilin həcc məsələsi müzakirə olunacaq 29 Dekabr 2016 02:00 Siyasət Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi elan edib ki, İranın Həcc və Ziyarət Təşkilatının nümayəndə heyətini gələn ilin həcc mərasiminin təşkilatçılığı və necə keçirilməsi ilə bağlı danışıqlar aparmaq məqsədilə Səudiyyəyə dəvət edib. Maide.Az xəbər verir ki, Səudiyyənin “Əl-Əxbariyyə” xəbər kanalının məlumatına görə, gələn ilin həcc ziyarətinə hazırlıq və iranlı hacılara göstəriləcək xidmətlər ilə bağlı danışıqlar üçün İran rəsmilərini də müxtəlif ölkələrin həcc nümayəndə heyətləri ilə keçiriləcək görüşə dəvət etmişik. Qeyd edək ki, dünyanın 80 ölkəsindən Həcc ziyarəti üzrə qurumların məsul şəxsləri gələn ilin Həcc ziyarətinin hazırlıq işləri ilə bağlı danışıqlar üçün Səudiyyə Ərəbistana səfər edəcək. Xatırladaq ki, 2015-ci ildə Minada baş verən faciə zamanı çox sayda iranlılın şəhid olmasının ardınca İranın Həcc və Ziyarət Təşkilatı 2016-cı ildə həcc mövsümündə iranlı hacıların təhlükəsizliyi və sağlamlığı ilə bağlı rəsmi Riyaddan zəmanət tələb etdi ki, bu tələb Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən qəbul olunmadı. Bunun ardınca İran 2016-cı ildə Həcc ziyarətinə zəvvar göndərmədi. Lakin buna baxmayaraq bir neçə ay öncə İranın Həcc və Ziyarət təşkilatının rəsmisi bildirmişdi ki, 2017-ci ildə Həcc mövsümündə iranlı zəvvarların həccə göndərilməsi ilə bağlı Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmağa hazırıq və çalışmalarımız davam edir. / Teqlər : #Səudiyyə Ərəbistanından İrana dəvət göndərildi: 2017ci ilin həcc məsələsi müzakirə olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəhudilər İsrail rejiminə qarşı qətnaməni bayram etmək üçün BMT-nin baş ofisinin qarşısına toplaşdı - FOTO Obama 35 Rusiya diplomatını ABŞ-dan qovdu, Rusiya da cavabsız qalmadı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video