`Səudiyyənin Yəmən xalqına qarşı kütləvi qətliamı terrorizmin ən pis növüdür`

`Səudiyyənin Yəmən xalqına qarşı kütləvi qətliamı terrorizmin ən pis növüdür`

Ali Rəhbər Seyid Əli Xamenei bu gün Finlandiyanın prezidenti Sauli Niinisteni qəbul edib. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, bəzi dövlətlərin Yəmən xalqının qətliamı kimi kütləvi qətliamlar törətməsi terrorizmin ən pis növüdür.
 
"Terrorizm fenomeni bəşəriyyətin ən ağrılı müsibətidir. Terrorizmlə mübarizədə beynəlxalq gücdə olan kəslərin ciddi iradəsi lazımdır. Dünyada ağıl sahibləri, dövlətlər və dünyanın şərafətli gücləri bu problemin həlli üçün düşünməlidir və hərəkətə keçməlidir".
 
Ayətullah Xamenei bildirib ki, Amerika və bəzi digər dövlətlər terrorizmlə mübarizədə ciddi deyillər. "Bu dövlətlər hər bir şeyi öz mənafelərinə uyğun ölçürlər. İraqda və Suriyada terrorizm xəstəliyinin kökünü kəsmək fikrində deyillər".
 
Ayətullah Xamenei terrorizmlə mübarizədə ciddi iradənin olmamasına nümunə kimi Yəmən xalqının qətliamını göstərib. "Terrorizm ancaq qeyri-rəsmi terror qruplaşmalarının hərəkətləri deyil, bəzi dövlətlərin əli ilə törədilən kütləvi qətliamlar, o cümlədən səudiyyəlilərin əza məclisinə hücumu və yüzlərlə insanın qətliamı terrorizmin ən pis növüdür. Bu kimi hərəkətlər bir il yeddi aydır davam edir və onunla mübarizədə ciddi iradə görünmür".
 
Ayətullah Xamenei bildirib ki, Suriya məsələsinin həllində İran İslam Respublikasının mövqeyi məntiqli mövqedir, həm də bu ölkənin qanuni dövləti və xalqına dəstək əsasındadır. "Amerika və bəzi digər ölkələr Suriyda hökumətin dəyişdirilməsində israrlıdırlar. Bir halda ki, gərək müharibəni sonlandırmaq üçün onun başlama və alovlanma səbəbləri aydınlaşsın. Səddam rejiminin İranla müharibəsi zamanı BMT müharibəni başlayana diqqət etmədiyi üçün müharibə uzandı. Əlbətdə müharibə bitdikdən sonra BMT-nin o dövrkü baş katibi vicdanlı və qorxmaz idi, Səddamı müharibəni başlayan kimi elan etdi".
 
Ayətullah Xamenei BMT-nin hazırkı baş katibinin tutduğu mövqeyinə görə tənqid edib. "BMT-nin baş ktibi açıq-aşkar elan edib ki, BMT Səudiyyə dövlətinin pulundan asılı olduğu üçün Yəməndə uşaqların qətliamını pisləmək imkanı yoxdur. Bu beynəlxalq siyasətçilərin əxlaqi durumunun bədbəxt durumda olduğunun göstəricisidir. Ümid edirik BMT-nin yeni baş katibi tutduğu vəzifənin müstəqilliyini qoruya biləcək".
 
Ayətullah Xamenei İran və Finlandiya arasında əlaqələrin inkişaf etdirilməsini alqışlayıb. "İki ölkə arasında imzalanmış sənədlər icra olunmalıdır".⁠⁠⁠⁠

 

Google+ WhatsApp ok.ru