Səudiyyənin Yəmənə qarşı təcavüzü nəticəsində hər 10 dəqiqədə bir uşaq həlak olur

Səudiyyənin Yəmənə qarşı təcavüzü nəticəsində hər 10 dəqiqədə bir uşaq həlak olur

Yəmənin Səhiyyə Nazirliyinin mətbuat katibi Birləşmiş Millətlər Təşkilatının uşaq fondu olan Unisef təşkilatına istinadən yaydığı məlumatda bildirilir ki, Yəməndə Səudiyyə rejiminin hərbi təcavüzü nəticəsində hər 10 dəqiqədə bir uşaq faciəvi şəkildə həlak olur.
 
Yəmənin Səhiyyə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Səudiyyə rejimi Yəmənə hücum edəndən, bu ölkənin səhiyyəsində vəziyyət beynəlxalq normalara cavab vermir və bunun üçün təcili tədbirlər görülməlidir.
 
Onun sözlərinə görə, Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzünün qarşısının alınması üçün təcili tədbirlər görülməlidir.
 
"Səudiyyənin Yəmənə qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində 30 mindən çox insan həlak olub. Həlak olanların 35 faizi qadın və uşaqlardır", - deyə o bildirib. (deyerler) /

Google+ WhatsApp ok.ru