Türkiyədə kazarmada yanğın və partlayış: 10 hərbçi xəstəxanada

Türkiyədə kazarmada yanğın və partlayış: 10 hərbçi xəstəxanada

Türkiyənin Kilis vilayətində "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərin qaldığı konteynerlərdən ibarət kazarmada yanğın baş verib.
 
Trend-in məlumatına görə, əsən güclü külək nəticəsində yanğın silah anbarına keçib, bir sıra döyüş sursatları partlayıb.
 
Qatı tüstüdən zəhərlənən 10 hərbçi xəstəxanaya yerləşdirilib.
 
Yanğının söndürülməsinə helikopter də cəlb olunub.
 
Hazırda hansı səbəbdən baş verdiyi araşdırılan yanğın söndürülüb.

Google+ WhatsApp ok.ru