Bəqərə, 54. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin və özünüzü öldürün (tövbə və zahidliklə öz nəfsi istəklərinizi öldürün. Yaxud günahsızlar buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır». Beləliklə, (belə etdikdən sonra), Allah sizə nəzər saldı və sizin tövbənizi qəbul etdi, (çün)ki O, çox tövbə qəbul edən və mehribandır.

Həzrət Məhəmməd (s) buyurur:
“Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.”



TÖVBƏNİN QİSİMLƏRİ

Tarix : 25-08-2017 06:38

Allah-Taala “Nisa” surəsinin 17-ci ayəsində “tövbə”dən söz açaraq buyurur:

إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq üzündən pis bir iş gördükdən sonra dərhal tövbə edərlər (peşman olub Allaha üz tutarlar). Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

Bu ayədə (və digər ayələrdə) tövbənin iki qisimdən ibarət olduğu anlaşılır: biri bəndənin Allaha üz tutması, başqa sözlə, günahkar bəndənin peşman olub günahının bağışlanmasını Allahdan diləyərək tövbə etməsi, digəri isə Allah-Taalanın Öz rəhmət və inayəti ilə bəndəsinə üz tutması, başqa sözlə, Allah-Taalanın bəndəsinin tövbəsini qəbul edib günahını bağışlaması.

Tövbənin birinci qismi – yəni bəndənin tövbəsi də bir cəhətdən üç qismə bölünür:

1. Dildə tövbə: Belə tövbə yalnız sözdən ibarətdir və əməl və rəftarda heç bir dəyişiklik yaratmır. Hər gün “Əstəğfirullahə rəbbi və ətubu iləyh” – zikrini deyib, əməlindən əl çəkməyən hələ də qaranlıq günah vadisindədir. Belə insan özünü ələ salır, Allahın əmrini, dini təlimləri masqara edir. (“Biharul-ənvar”, 6-cı cild, səh.36, hədis 54 və səh.1, hədis 75.)

2. Ötəri tövbə: Bəzən günahkar insan qəflət yuxusundan ayılaraq öz keçmişindən peşman olur və tövbə edir; həm tövbənin sözlərini dilə gətirir, həm səmimi qəlbdən peşman olur, həm də günahların tərkinə dair qəti söz verir. Amma bu vəziyyət çox çəkmir və həmin vəziyyətdən çıxıb hər şeyi unutduqda, keçmiş yoluna davam etməyə başlayır. Alimlər bu sayaq tövbələri suyun içinə qoyulan xəlbirə bənzədirlər, suda olduqda su ilə dolu görünür, sudan götürüldükdə isə, içində bir damla belə su qalmır. Ötəri tövbələr də bu qəbildəndir.

3. Əsaslı tövbə: Bu tövbə insanın canı və ruhunda təsir qoyduğundan əməl, rəftar və danışıqlarda özünü büruzə verir. Odur ki, belə tövbəkarlar tövbədən sonra günahların zərərini saleh əməllərlə bərpa edirlər. Çünki tövbədən sonra insan xəstəlikdən sağalan, lakin xəstəliyi müddətində itirdiyi qüvvəsini əldə etməyən şəxsə bənzəyir. Tövbəkar insan geri qayıtmasa da, hələ günahın təsirləri ruhunda qalmaqdadır. Onun ağır zərbələri ruhunu zəiflətdiyi üçün, yaxı və saleh əməllərlə (ən azı günahları qədər) onu gücləndirməlidir ki, yenidən günaha qayıtmasın. İmam Əli (ə) bu haqda buyurur:

وَ الْخَامِسُ أَنْ تَعْمِدَ إِلَى اللَّحْمِ ا لَّذِى نَبَتَ عَلَى السُّحْتِ فَتُذِیبَهُ بَالاَْحْزَانِ، حَتَّى تُلْصِقَ الْجِلْدَ بَالْعَظْمِ، وَ یَنْشَأَ بَیْنَهُـمَا لَحْمٌ جَدِیدٌ

“...Tövbənin beşinci şərti odur ki, haram nəticəsində bədəndə bitən ət dəri sümüyə çatana (sümüklər görünənə) qədər əridilsin və (itaət vasitəsilə) yerini yeni ət doldursun.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 417.)

Bəli, günahdan bitən ətlər zəhərlidir və sağlam ətlərin inkişafı üçün onların əridilməsi labüddür. Əks-təqdirdə, yenidən günah və məsiyətə düşmə ehtimalı gözlənilir. Bununla yanaşı, hər hansı şəxsin mənimsənilmiş haqqı ödənilməli, onun razılığı qazanılmalı, yaxud ondan halallıq alınmalıdır və tərk edilən ibadətlərin də qəzası yerinə yetirilməlidir.

Bir sözlə, tövbənin qisimləri içərisində üçüncüsü həqiqi tövbə sayılır və digər qisimlər isə insanın yalnız özünü aldatdığı səthi bir haldır. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.135-137.)

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:23
05:11
12:43
20:31
23:49
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

23-06-2018 17:22