Bəqərə, 54. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin və özünüzü öldürün (tövbə və zahidliklə öz nəfsi istəklərinizi öldürün. Yaxud günahsızlar buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır». Beləliklə, (belə etdikdən sonra), Allah sizə nəzər saldı və sizin tövbənizi qəbul etdi, (çün)ki O, çox tövbə qəbul edən və mehribandır.

Həzrət Məhəmməd (s) buyurur:
“Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”



TƏKƏBBÜR – ELMİN BƏLASI

-- Səni müxtəlif cəhalət və nadanlıqlara görə məzəmmət etdim ki, alim olduğunu zənn etməyəsən...

Tarix : 08-01-2018 17:55

Elm insanın fitri tələbidir. İnsan əqli yetkinliyə çatmazdan qabaq öz daxilində məchulları məluma çevirmək zərurətini hiss edir. Məsələn, üç-beş yaşlı uşaqlar olduqca çox sual verirlər. Bu onların elm və biliyə olan fitri istəyindən qaynaqlanır. Elmə olan fitri istək onun zəruriliyinə olan şübhələri aradan qaldırır. Bu istək insandan asılı deyil və onun daxilindən qaynaqlanır. Bəli, bu ehtiyac uşaq yaşlarından şölələnməyə başlayır və insanı elmə doğru hərəkətə sövq edir. Əlbəttə ki, bu fitri istək xarici amillərin təsiri altında güclənə də bilər. Məsələn, yetkinlik yaşına çatmış insan anlayır ki, qarşıya çıxan problemləri elmi yolla həll etmək lazımdır və elmin işığından kənarda səadət yoxdur. Həm fitri istək, həm ağılın tələbi sayəsində elmə olan maraq ikiqat artır. Unutmaq olmaz ki, elmə rəğbəti artıran xarici aləm bəzən bu rəğbəti zəiflədə də bilər. Məsələn, elm yolundakı problemlər elmə marağı zəiflədə bilər. Bu incə nöqtələrdən xəbərsiz insan çox vaxt müvəffəq ola bilmir. Yəni xarici amil insanın Allaha doğru hərəkətinə də, cəhalət girdabına sürüklənməsinə də təsir edə bilər. Bəzən təhsil yolundakı problemlər o qədər dərin olur ki, insanın oxuduqları onun zərərinə işlənir. Min bir zəhmətlə elm yolunda hərəkət edən insan bu yolda elə səhvlərə yol verə bilər ki, oxuduqları bəlaya çevrilər. Məhz bu səbəbdən imam Əli (ə) o oğlu imam Həsənə (ə) vəsiyyət edərkən buyurur:

ثُمَّ فَزَّعْتُكَ بِاَنْواعِ الجَهالاتِ لِئَلاَّ تَعُدَّ نَفْسَكَ عالِماً، فَاِنَّ الْعالِمَ مَنْ عَرَفَ اَنَّ ما يَعْلَمُ فيما لا يَعْلَمُ قَليلٌ فَعَدَّ نَفْسَهُ بِذلِكَ جاهِلا، فَازْدادَ بِما عَرَفَ مِنْ ذلِكَ فى طَلَبِ الْعِلْمِ اِجْتِهادَاً، فَما يَزالُ لِلْعِلْمِ طالِبَاً، وَفيهِ راغِباً، وَلَهُ مُسَتفيداً، وَلاَِهْلِهِ خاشِعاً وَلِرَأْيِةِ مُتَّهَماً وَلِلصُّمْتِ لازِماً، وَلِلْخَطَأِ جاحِداً وَمِنْهُ مُسْتَحْيِياً وَاِنْ وَرَدَ عَلَيْهِ ما لا يَعْرِفُ لا يُنْكِرُ ذلِكَ لَما قَدْ قَدَّرَ بِهِ نَفْسَهُ مِنَ الْجَهالَةِ. وَ اِنَّ الْجاهِلَ مَنْ عَدَّ نَفْسَهُ بِما جَهِلَ مِنْ مَعْرِفَةِ الْعِلْمِ عالِماً وَ بِرَأْيِهِ...

Səni müxtəlif cəhalət nadanlıqlara görə məzəmmət etdim ki, alim olduğunu zənn etməyəsən. Alim o şəxsdir ki, bildiklərini, bilmədikləri ilə müqayisədə az olduğunu anlasın. O, özünü cahil sandığından elm əldə etmək üçün çox çalışır və daim elm axtarır, elmə maraq göstərir, onda fayda axtarır. O, elm əhli qarşısında təvazökardır, daim sükut edir, xətadan həzər qılır, xəcalət çəkir. Bilmədiyi məsələ ilə qarşılaşdıqda bilmədiyini (cəhlini) inkar etmir. Çünki öz cəhalətini etiraf edir. Cahil isə o şəxdir ki, bilmədiyi işdə özünü alim zənn edir və öz fikri ilə kifayətlənir...” (“Biharul-ənvar”, 8-ci bölüm, imam Əlinin (ə) imam Həsənə (ə) vəsiyyətnaməsi.)

Bu kəlama əsasən, alim cəhalətdən amanda deyil və şeytan daim pusquda dayanıb fürsət gözləyir. İmam Əli (ə) xəbərdarlıq edir ki, elm və alim üçün təhlükəli olan bütün bəlaların mehvəri təkəbbür, qürur və lovğalıqdır. Cahil insan bilmədiyi məsələ qarşısında yalnız bir sual verə bilər. Yəni onun olanı vur-tut bircə sualdır və o öz cəhalətindən xəbərdardır. Belə bir hal insana icazə vermir ki, lovğalansın. O öz nöqsanını bildiyi üçün təvazökarlıq edir ki, bu nöqsan aşkarlanmasın. Kimsə öz cəhaləti, nadanlığı ilə öyünüb demir ki, bəli, mən nadanam, sizdən üstünəm. Heç nəyi olmayanın lovğalanmağa da əsası yoxdur. Amma elə ki, insan cüzi də olsa, məlumat əldə etdi, qürur və lovğalıq üçün qapı açılır. Ona elə gəlir ki, biliyi çox mühüm və kafidir. Bu yanlış təsəvvür çaşqınlığın bünövrəsini qoyur və ilkin bəla toxumu səpilir.

səbəb

Sual oluna bilər ki, minlərlə qaranlıq məsələ, dolaşıq suallar qarşısında gözünü döyən insan hansı əsasla qürrələnə bilər? Maraqlıdır ki, köklü surətdə məlumatsız olan insan qürrələnmir. Elə ki, vur-tut bir məsələdən xəbərdar olur, dərhal lovğalanmağa başlayır. Nə üçün? Bu suala iki cür cavab vermək olar:

1. Elm yolunda ilk addımlarını atan insan anlamır ki, nə qədər bilikdən xəbərsizdir. O, yalnız bilməməyindən xəbərdardır. O, xəbərsiz olduğu məlumatların həcmini təsəvvür edə bilmir. Məsələn, ibtidai məktəbə gedən şagird bilir ki, riyaziyyat dərsində hansısa məsələləri həll etmək lazım gələcək. Amma məsələnin formasından xəbərsiz olur. O, “x” və “u”-in nə olduğunu başa düşmür. Bütün bunları bilmədiyi üçün o qürrələnməyə heç bir əsas tapmır. Amma riyaziyyatdan qismən xəbərdar olan şagird elə zənn edir ki, onun biliyi çoxdur. Bu şagird anlamır ki, onun bildikləri bilmədikləri ilə müqayisədə bir damladır. Bu misalı başqa elm sahələrinə də aid etmək olar.

Deməli, qürrələnməyimizin əsas səbəblərindən biri çox-çox bilikləri bilməməyimizdən qəflətdə olmağımızdır. Bildiyimiz bir neçə sualın cavabı gözümüzə o qədər böyük görünür ki, bütün məsələlərdən xəbərdar olduğumuzu düşünürük.

2. Qürurun digər səbəbi insanın özünə (öz nəfsinə) məhəbbətidir. Özünü sevən insan heç vaxt öz nöqsanlarını görə bilmir. Məlumatı olmayan insan öz məlumatsızlığını, əlinin boş olmasını görüb susur. Amma elə ki, bir neçə məsələ haqqında məlumat toplayır, elə bilir ki, bilmədiyi bir şey qalmayıb. Belə insan öz nadanlığını hiss edə bilmir. Onun daxilindəki eqoistlik, özünəvurğunluq həqiqəti görməyə imkan vermir.

Maddi işlərdə də eyni hallar müşahidə olunur. Tam yoxsul insan dünyada olan nemətlərdən, matahlardan xəbərsiz qalır. Amma həmin yoxsulun əlinə azca sərvət düşən kimi düz yoldan azır, özünü ətrafdakılardan üstün tutmağa başlayır. Bu cüzi sərvət onun gözünü tutduğundan dərk edə bilmir ki, hələ bir çox şeylərdən məhrumdur.

Amma uyğun qəflət mənəviyyat sahəsində özünü daha qabarıq göstərir. Kiçik bir məsələdən xəbər tutan insan özünü elm dəryası hesab edir. Ona elə gəlir ki, bilmədiyi məsələ qalmayıb.

Yəqin ki, nəhv (ərəbcə qrammatika-sintaksis) aliminin hekayətini eşitmisiniz. Bu alim gəmidə yol gedərkən sadə tacirdən savay həmsöhbət tapa bilmir. Alim öz alimliyini tacirə hiss etdirmək üçün soruşur: “Siz nəhv elmindən nə qədər bilirsiniz?”

Tacir cavab verir ki, bu elmdən xəbərsizdir.

Alim deyir: “Heyf! Ömrünün yarısını bada vermisən!”

Bu sözlər tacirin xətrinə dəyir. Çox çəkmir ki, dənizdə tufan qopur. Tufan şiddətlənir. Gəmi batmağa başlayır. Gəminin kapitanı sərnişinlərdən üzə bilib-bilmədiklərini soruşur. Alim üzə bilmədiyini bildirir. Tacir alimə müraciətlə: “Heyf! Bütün ömrünü bada verdin” – deyir...

Bəli, bəzən bir ədəbiyyatçı elə güman edir ki, qrammatikanı bilmək bütün elmlərdən xəbərdar olmaqdır. Hansı ki, sadəcə üzgüçülüyü bilməməklə insan öz həyatı ilə vidalaşmalı olur.

Qürurun səbəbləri haqqında ətraflı danışmaq üçün insanın yaranışını nəzərdən keçirməliyik. İnsan zəif məxluqdur. Bu zəifliyin göstəricilərindən biri onun tutumunun kiçikliyidir. Məsələn, tibb mütəxəssisləri bütün elmlərin tibdə, ədəbiyyatçılar ədəbiyyatda, filosoflar isə fəlsəfədə cəmləşdiyini güman edirlər. Belə bir xüsusiyyət əksər insanlara xasdır. İnsan öz biliyini mühüm sayır. Onun bildikləri bilmədiklərinin üzərinə kölgə saldığından nadanlığını hiss etmir. Hətta bilmədiyi şeylər haqqında “mühüm olsaydı bilərdim” deyir. Beləcə qürur bəlası ortaya çıxır və insan yalnız öz rəyini həqiqətə uyğun hesab edir. Bu gün “mən haqlıyam” deyib duran şəxs bir də görürsən ki, sabah başqa bir fikir yürüdür və yenə də özünü haqlı sayır. Demək, yalnız bir şəxsin düşüncəsi həqiqət sayılmalıymış!!! Qürur!... Təkəbbür!...

Təəssüf ki, öz fikrini, rəyini təvazökarlıqla bildirənlər çox azdır. Əksəriyyət öz mövqeyini mütləq həqiqət kimi qəbul etdirməyə çalışır və başqalarının nəzərini yanlış sayır. Hətta başqalarının uzun araşdırmalardan sonra gəldiyi nəticə haqqında “belə bir şey olsaydı, böyüklər demiş olardı, eşitmiş olardıq”, deyirlər. Əmirəlmömininin Əlinin (ə) təbirincə, “tənə dili” ilə danışırlar. Bütün bu hörmətsizliklərin kökündə eqoistlik durur. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.210, 214-219.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 15:38