Haqqa batil donu geydirməyin və bilə-bilə haqqı gizlətməyin.
Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın).("Bəqərə" surəsi 42)

Allahın Peyğəmbəri(s):«Mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.»



TƏLİM-TƏRBİYƏDƏ İKİ MÜHÜM AMİL – TƏŞVİQ VƏ TƏHDİD (YAXUD QORXU VƏ ÜMİD)

Tarix : 12-07-2017 17:06

Adətən, təlim-tərbiyədə iki mühüm amil – təşviq-təhrik və cəza-təhdid labüd sayılır. Savab insanların təşviqi, cəza isə həddi aşmamaları üçündür. Bu əsaslarsız effektli təlim-tərbiyəyə zəmanət yoxdur. Əgər sadə bir misal göstərsək, təlim-tərbiyəni avtomobilə bənzətmək olar. Onun hərəkət və düzgün idarəsi üçün qaz pedalı və qoruyucu əyləcə ehtiyacı var. Burada hər ikisinin rolu böyükdür və onlarsız, yaxud onlardan biri ilə avtomobil heç vaxt məqsədə çata bilməz.

Qeyd olunan təlim-tərbiyə üsulları Peyğəmbəri-Əkrəmin (s) səciyyələrində də görünür. Allah-Taala o həzrəti həm “bəşir” – müjdələyən, həm də “nəzir” – qorxudan adlandırır. “Bəşir” təhrikedici, “nəzir” isə qoruyucu amildir. Behişt və cəhənnəm, həqiqətdə, o iki amilin təzahürüdür – behişt haqq yolçularını ibadət və itaətə təşviq edir, cəhənnəm isə onları əyri yol və azğınlıqlardan qorxudaraq Allahın əmrlərilə müxalifətdən saxlayır.

Doğrusu, Allah-Taala savaba – təhrikedici amilə daha çox yer verir. Belə ki, hər bir yaxşı işin ən azı on savabı, pis işin isə yalnız bir cəzası var. (“Ənam” surəsi, ayə 160.)

Savab və cəza idarə üsullarından sayılır. Məsələn, idarənin həmkarları arasında nəzm-inzibat yaratmaq üçün qətiyyət tələb olunur və təşviqat proqramları ilə bərabər tənbeh üsulları da nəzərə alınır. Bununla belə, təşviq tənbehdən irəlidir.

Demək, dünyanın bir guşəsində əyləşib “edam” cəza tədbirinin ləğvniə dair şüar verənlərin, onu heç bir şərtlə qəbul etməyənlərin əlində məntiqli bir əsas görünmür. Qatillərə, oğrulara, narkotik maddələri yayanlara və cinayətkarlara “ürəyiyananlar” onların qurbanları haqda nə fikirləşirlər?! Əgər belə ünsürlərin yaşayış haqqı varsa, qurban olanların yaşayış haqqı yoxdurmu? Məgər əmniyyəti pozanların əmniyyətini qorumaq ədalətdirmi? Bu isə onların qəbul etmək istəmədikləri acı həqiqətdir.

Qeyd edilənlərə əsasən, Allah-Taalanın nə bizim ibadətlərimizə ehtiyacı var, nə də günahlarımızın Ona bir zərəri dəyir. İmam Əli (ə) “Nəhcül-bəlağə”nin “Həmmam” xütbəsində buyurur ki, Allah-Taalanın nə bizim ibadətlərimizə ehtiyacı var, nə də günahlarımız Ona bir zərər yetirir.

O, bütün bunları yalnız tərbiyələndirmək, təkamülə doğru yönəltmək üçün edir. “İftitah” duasında nə gözəl deyilir: “İlahi, mən bilirəm ki, Sən əfv və rəhmətdə rəhmlilərin ən rəhmlisi, ən mehribanı, günahkarları cəzalandırmaqda sərtsən!”

QORXU VƏ ÜMİD – İKİ QANAD

Dini dünyagörüşümüzdə cəhənnəmdən qorxu və behiştə ümid həqiqi müsəlmanın əlaməti sayılır və bu tərəzinin iki gözünü təşkil edir: nə ümid qorxunu aşmalıdır, nə də qorxu ümidi! İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql etdiyi gözəl bir hədisdə belə deyir: “Mömin bəndənin qəlbində iki nur var: biri qorxu, digəri isə ümid və hər ikisi bərabərdir... (“Üsuli-kafi”, 2-ci cild, səh.67, “xovf və rəca” bölümü, hədis 1.)

İnsan bu iki qanadla Rəbbin “qürb” səmasında uca məqamlara yüksəlir.

ÜMİD, YOXSA XAM XƏYAL

Bəziləri cəmiyyətdə hədsiz ümidvarlıq yaradaraq Allahdan qorxu hissini azaldır, yalnız məğfirət, bəxşiş və behiştdən danışaraq cəhənnəmdən bir söz demir. Məsələn, “əzadarlıq mərasimlərində ağlayan gözlər cəhənnəm atəşində yanmaz”, yaxud “əgər hesab-kitabımız imam Əli (ə) ilədirsə, qüssənin mənası yoxdur”. Bunlar doğru olsa da, insanın dünyadan imanla getməsinə zəmanət vermir! Dünyadan imansız gedənə çarə yoxdur və şəfaətində şərtləri var. O zaman bu təfəkkürə sahib olan Hacib belə bir beyt söyləyir:

Hacib, əgər müamileye həşr ba Əlist,

Mən zaminəm, hər çe xahi qonah kon!

“Ey Hacib, əgər qiyamət gününün haqq-hesabı Əli (ə) ilədirsə, mən zaminəm, istədiyin qədər günah et!”

Amma Hacib gecə yuxuda görür ki, imam Əli (ə) ona qəzəblə baxır. Hacib soruşur ki, ey Əmirəlmöminin, bəs, onu necə deyim? Həzrət buyurur ki, belə de:

“Hacib, əgər müamileye həşr ba Əlist,

Şərm əz roxe Əli kono kəmtər qonah kon.”

“Ey Hacib, əgər qiyamət gününün haqq-hesabı Əli (ə) ilədirsə, onda Əlinin (ə) camalından utan və az günah et!” (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.75.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:56
05:34
12:47
20:16
23:59
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.