Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin... ("Bəqərə" surəsi 36)

Əli ibn Əbi Talib (ə):
Dörd şeyi bilən dörd şeydən ümidini kəsməz:
1. Dua etməsinə əmr olunan şəxs, dualarının qəbul olmasından ümidsiz olmaz.
2. Tövbə etməyə çağrılan şəxs, tövbəsinin qəbul olmasından ümidsiz olmaz.
3. Bir şəxs bağışlanmaq tələb etməyə vadar olunubsa, bağışlanmaqdan ümidsiz olmaz.
4. Bir şəxsə şükür etmək öyrədilibsə, o, nemətlərin çoxalmasından ümidsiz olmaz.



TƏQVALI QADINLAR (2)

-- Həzrət Məryəmin (s) iki böyük səciyyəsi

Tarix : 29-12-2017 16:29

Allah-Taala Qurani-Kərimin “Təhrim” surəsinin 11-12-ci ayələrində təqvalı və möminə qadınlardan söz açır, onları nümunə olaraq məsəl çəkir və buyurur:

وَضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِینَ آمَنُوا امْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِی عِنْدَكَ بَیتًا فِی الْجَنَّةِ وَنَجِّنِی مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِی مِنَ الْقَوْمِ الظَّالِمِینَ

“Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkir. O zaman o “Ey Rəbbim, mənə Öz dərgahında – cənnətdə bir ev tik və məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi.”

 

وَمَرْیمَ ابْنَتَ عِمْرَانَ الَّتِی أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِیهِ مِنْ رُوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِینَ

“(Allah möminə qadınlara) həmçinin namusunu (ismət və iffətini) möhkəm qoruyub-saxlayan İmranın qızı Məryəmi də misal çəkir. Biz (Cəbrail vasitəsilə) ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini və kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.” (“Təhrim” surəsi, ayə 11-12.)

Qurani-Kərimin “Təhrim” surəsinin 10-cu ayəsində fəsad və əxlaqsızlığa qoşulan iki günahkar qadından söz açılır. İbn Abbas deyir: “Həzrət Nuhun zövcəsi kafir idi və daim deyirdi: “Mənim ərim dəlidir.” O, Nuha iman gətirənləri kafirlərə xəbər verərdi ki, onlardan intiqam alsınlar. Həzrət Lutun zövcəsi də əxlaqsız və üzdəniraq işlərlə məşğul olanlarla həmfikir idi.

Qurani-Kərim onları misal çəkdiyi zaman dünya qadınları üçün yuxarıda qeyd edilən iki ayədə iman və paklıq örnəyi olan iki əxlaq nümunəsindən də söz açır:

1. Fironun zövcəsi: O, Misir məmləkətinin şahzadə xanımı, qüdrətli Fironun həyat yoldaşı idi. Yaşadığı sarayda onun eyş-işrəti üçün hər cür şərait vardı. Lakin həzrət Musanın (ə) haqq niyyəti ona məlum olduqda, peyğəmbərə iman gətirərək öz ərinə nifrətini açıq şəkildə elan etdi.

Onun həzrət Musaya (ə) iman gətirməsi ağır başa gəldi. Çünki o, zülmkar Fironun evinin içində iman gətirmişdi. Firon həzrət Musanın (ə) onun evinin içinə nüfuz etdiyini və ən yaxın adamının ona iman gətirdiyindən xəbər tutduqda, zövcəsinə ən ağır işgəncələr verərək şəhərin böyük meydanında çarmıxa çəkdi. O, dar ağacına tərəf hərəkət edərkən, belə deyirdi: “İlahi, zülm və haqsızlıqla tikilən saraylara göz yumdum. Mənə Öz dərgahında – behiştdə bir ev hazırla.” Ayədə onun dilindən belə buyurulur:

...رَبِّ ابْنِ لِی عِنْدَكَ بَیتًا فِی الْجَنَّةِ وَنَجِّنِی مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِی مِنَ الْقَوْمِ الظَّالِمِینَ

“Ey Rəbbim, mənə Öz dərgahında – cənnətdə bir ev tik və məni Firon və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!”

2. Dünya qadınları üçün iffət və ismət nümunəsi olan ikinci qadın həzrət İsanın (ə) anası xanım Məryəmdir:

وَمَرْیمَ ابْنَتَ عِمْرَانَ الَّتِی أَحْصَنَتْ فَرْجَهَا...

“(Allah mömin qadınlara) namusunu, ismət və iffətini möhkəm qoruyub-saxlayan İmranın qızı Məryəmi də misal çəkir.”

 

Sözügedən ayədə həzrət Məryəm iki böyük səciyyə ilə vəsf edilir:

1. ...وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا... – Məryəm Rəbbinin şəriətini, sözlərini və səmavi kitablarını təsdiq etdi.

2. ...وَكَانَتْ مِنَ الْقَانِتِین – Allaha itaət edənlərdən idi.

Həqiqətdə, həzrət Məryəm ən yüksək ilahi təqva və kamala yetmiş bir bəndə olub. Odur ki, ilahi təlimlər sayəsində yüksək məqamlara ucalmaq istəyən möminə qadınlara zülmkar Fironun zövcəsi xanım Asiyə və İsa peyğəmbərin (s) anası xanım Məryəm ən gözəl örnək sayılır. Bununla belə, mövzumuzla bağlı nümunəvi insanları tanıdan bir neçə hədisi qeyd edirik:

1. Təbəri, Əbu Musadan, o da Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir: “Kişilərdən kamala çatanların sayı çox, qadınlardan isə dörd nəfərdir: 1. Fironun zövcəsi və Müzahimin qızı Asiyə; 2. İmranın qızı Məryəm; 3. Xüveylidin qızı Xədicə; 4. Muhəmmədin qızı Fatimə.”[1]

2. Hakim də İbn Abbasdan Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Behişt qadınlarının ən üstünü dörd nəfərdir: 1. Xüveylidin qızı Xədicə; 2. İmranın qızı Məryəm; 3. Fironun zövcəsi və Müzahimin qızı Asiyə; 4. Muhəmmədin qızı Fatimə.” (“Əd-dürrül-mənsur”, 8-ci cild, səh.329; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 56-ci məsəl, səh.172-174.)

Rza Şükürlü (Maide.az)

Birinci hissəni buradan oxuya bilərsiz. 

[1]. “Məcməül-bəyan”, 5-ci cild, səh. 320.

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:29
05:56
12:40
19:39
23:56
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

20-04-2018 02:19