Onlara «Allahın nazil etdiyinə (Qurana) iman gətirin» deyildikdə, «biz özümüzə göndərilənə (Tövrata) iman gətiririk» deyərlər. Ondan (Tövratdan) sonrakına kafir olurlar, halbuki o, haqq və əllərindəkinin təsdiq edənidir. De: «Əgər sizin (Tövrata) imanınız varsa, bəs nə üçün bundan əvvəl (bütün tarixiniz boyunca) Allahın peyğəmbərlərini öldürürdünüz?!» (Bəqərə,91)

İmam Hüseyn (ə) buyurur:
“Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”



Təcavüzkarın qorxulu yuxuları

-- BUMERANQ GERİ QAYIDIR

Tarix : 13-03-2018 10:51

Bizi 2011-ci ilin mart ayından düz 7 il ayırır. Deməli, dünyanın dəhşətli münaqişə ocaqları sırasında daha birinin də çatılmasının yeddinci ildönümüdür. Qığılcım, fitil isə çox sadə, əksər sülalə hakimiyyətlərinin hökm sürdüyü və Qərbin dövlət çevrilişi hazırladığı ölkələrdəki kimidir: hökumətin siyasətinə “etiraz edən xalq”, “dinc nümayişçilər” arasında peyda olan 7-8 təxribatçının asayiş keşikçilərinə atəşi zəminində cavab tədbirləri, “qəzəblənmiş kütlənin” dövlət idarələrinə, polis şöbələrinə, hərbi hissələrə hücumu, “demokratiya aşiqlərinin” xaricdən siyasi-hərbi dəstəyi və sair və ilaxır. Bütün dünyaya tanış, eyni ssenaridir.   
 
 
Müxalifət hakimiyyətdən istədiyi güzəşt və islahatlarla niyə razılaşmadı? 
 
Suriyada da belə oldu: 2011-ci il, martın 15-də əsasən də ölkənin cənubunda – Deraa şəhərində kütləvi etiraz tədbirləri başlandı. Güc strukturları ilə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda rəsmən 43 nəfər, qeyri-rəsmi isə 100-dən çox insan həyatını itirdi. Martın 21-də nümayişçilər hakimiyyətin əsas simvollarından sayılan keçmiş prezident Hafiz Əsədin heykəlini dağıtdılar. Şəhər qubernatorunun iqamətgahı, hakim partiyanın mənzil-qərargahı, məhkəmə binası yandırıldı. Dəməşqdə cümə namazından sonra təxminən 400-500 nəfər Deraa şəhərinin sakinlərinə dəstək məqsədilə nümayiş keçirdilər. Martın 26-da Suriya hökuməti Saydnaya həbsxanasından əksəriyyəti radikal dini qurumların üzvləri olan 260 siyasi məhbusu azadlığa buraxdı. Üç gün sonra prezidentin hökuməti istefaya göndərdiyi barədə məlumat yayıldı, Suriya konstitusiyasının “Hakim BƏƏS dövlətin və cəmiyyətin əsas partiyasıdır” müddəasını özündə ehtiva edən VIII maddəsi dəyişdirildi, fövqəladə vəziyyət rejimi ləğv olundu və digər liberal islahatlar həyata keçirildi. Lakin iqtidarın başqa mühüm güzəştlərlə də bağlı vədlərinə baxmayaraq, qarışıqlıq, xaos nəinki səngimədi, tədricən hökümət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında silahlı qarşıdurmalara, daha sonra isə vətəndaş müharibəsinə keçdi.
Bu, 7 il öncəki müsəlman-Şərq məmləkətinə kiçik bir ekskurs, o zamankı siyasi mənzərəyə ötəri baxışdır. Hansı ki, ötən müddət ərzində bütün dünyanın gözü qarşısında ölkə tamamilə yerlə-yeksan olundu – yaşayış məntəqələri dağıdıldı, dinc əhaliyə divan tutuldu, milyonlarla günahsız sakin ev-eşiyindən didərgin düşdü, öldürüldü, şikəst edildi, girov götürüldü, qul kimi satıldı... İndi 60-a qədər dövlətin birbaşa və dolayısı yolla maraqlarının kəsişdiyi Suriyada əslində III Cahan savaşının getdiyi barədə də fikirlər səslənir. Bəs, nə üçün beynəlxalq hegemonların dişləri məhz qeydolunan ləng inkişaflı ərazidə qana batdı, dünya müharibəsi belə bir kasıb məkanın qapısını döydü? Doğrudanmı, Şərqdə demokratiya axtarışına çıxanların dərd-səri tayfa-qəbilə idarəçiliyini qoruyub saxlayan ərəblərin haqları uğrunda mübarizə idi? Həqiqətənmi, azadlıq carçıları ölkə idarəçiliyinin əhalinin 8 faizini təşkil edən Ələvi azlıq tərəfindən həyata keçirilməsindən, qalan 92 faiz xalqın isə hüquqsuzluğundan narahat idilər? Yoxsa, Bəşər Əsədin də Qərbin İraqın işğalında başlıca bəhanəyə çevirdiyi Səddam Hüseynin kütləvi qırğın silahı kimi, qorxulu arsenalı vardı? Suallar çoxdur və cavabları hamıya aydındır, yəni mən bununla hər hansı yeniliyin kəşfi iddiasından uzağam. Sadəcə, bitib tükənməyən insanlıq dramları ilə yoğrulmuş Suriya adlı aysberqin qan gölünün içində qalan, görünməyən tərəfi barədə qənaətimi bölüşmək istəyirəm.
Məsələ ondan ibarətdir ki, sözügedən faciənin də özgə torpaqlarında zorla pərçimlənib “Qoy, özümə yer eləyim, gör sənə neyləyirəm!” azğın prinsipi ilə qəsbkar məskunlaşmasını davam etdirən, neçə-neçə münaqişə, qətliam, soyuq münasibətlər baiskarı İsrailin fitnəsindən törəndiyi dünyanın obyektiv və rövşənfikir siyasi müşahidəçilərinə yaxşı məlumdur.
 
 
Suriyada məğlubiyyət - irticanın müdhiş niyyəti gözündə qaldı  
 
Azərbaycanda çox gözəl bir atalar məsəli var: “Xain xoflu olar.” Nə qədər özünüaldatma, riyakarlıq, artistvari davranışla pərdələnsə belə, törətdiyi cinayətlər cinayətkarın asudə, rahat həyat tərzinə mane olur. Təcavüz və müstəmləkələr üzərində qurulan, başqalarının yurd-yuvasından didərgin düşməsi hesabına genişlənən imperiya tiranlar, qondarma təsisat başçıları da belə əzablardan xali deyillər. Olub-keçənlər göstərir ki, uşaq qatilləri hətta asanlıqla ölməyi, can verməyi belə bacarmırlar. Dəhşətli əməllərinə görə onları axirətdə hansı aqibətin gözlədiyi elə öz kitablarında da yazılıb. 
Amma hələ o dünyaya, oradakı sorğu-suala tələsməyək. Çünki işğalçıdan etdiklərinin izahını tələb edən, vətənin müdafiəsində dayanan, torpaqların azadlığını beynəlxalq təşkilatrların ümidinə qoymayan, fürsət düşdükcə şəhid  atasının, qardaşının, dostunun intiqamını alan mücahidlər bu dünyada da mövcuddur. Livan “Hizbullah”ının, Fələstin “HƏMAS”ının tərs şapalağı sionistlərə yaxşı tanışdır. İslam Respublikasının regionda, dünyada baş verən hadisələrlə bağlı susmaması, məzlumların qanuni haqlarının müdafiəsinə qalxması beynəlxalq mason lojasını, onların diqtəsiylə oturub-duran liderləri əməlli-başlı bezdirib. Neyləməli? İranın sərhədlərinə doğru hər gün bir addım yaxınlaşmaq, zəbt olunmuş ərazilərdən bu ölkəyə qarşı plasdarm qismində istifadə eləmək, “İslam inqilabı ixracının” qarşısını kəsmək və sair. Bax, Suriya İsrailin bu şivəninin, ərköyünlüyünün, iştahasının güdazına getdi, bufer zonaya çevrildi. Qərb bütün gücünü rəsmi Dəməşq əleyhinə işə salmışdı – sırada ABŞ-ın “öz əsgərləri əvəzinə uzaq səhralarda döyüşmək üçün” yaratdığı İŞİD tör-töküntülərini İraqdan çəkib Şama gətirməsindən, terrorçuları müasir silahlar və psixoloji həblərlə təminatından tutmuş, satqın KİV-lərdə “Bəşər Əsəd qaçıb” tipli dezinformasiyalar tirajlamağa qədər çeşidli və dəhşətli vasitələr vardı.  
Əlbəttə, qanuni hakimiyyətə dəstək verənlər də tapıldı; qanlı oyunu başlayanların ən azı İran və Rusiyanın əks cəbhədə yer alacağını proqnozlaşdırmadıqlarını söyləmək sadəlövhlük olardı. Bu müharibə adıçəkilən dövlətlərə və xalqlara saysız qurbanlar hesabına başa gəldi ki, itkilər hələ də yekunlaşmayıb. Görünür, irticanın təkəbbür və özündən müştəbehliyi qüvvələr nisbətinin düzgün qiymətləndirilməsinə imkan verməyib. Bir də ki, mübarizənin haqqa söykəndiyinə inam azı çoxaldır, zəifi gücləndirir...
Geridə isə dağılmış, yağmalanmış, yanıb külə dönmüş bir viranə qaldı. Və yeddi illik mücadilədən sonra qəddini düzəltməsindən ötrü neçə 7 illər lazım gələcək. İndi də onun ərazisində terrorçu qovalanır, burada daha çox qalmaq, hərbi bazalar saxlamaq uğrunda çarpışmalar gedir, postsavaş dövründə prosesləri nizamlamaq, statusları müəyyənləşdirmək üçün toplantılar düzənlənir. Bəs, bu gün bölgədə sülh və sabitliyin bərqərarı naminə canfəşanlıq edən nüfuzlu, səlahiyyətli qurumlar niyə 7 il əvvəl fəlakətin önlənməsi istiqamətində təsirli addımlar atmadılar? Görəsən, vaxtilə Suriyanın taleyini şiə ideologiyalı azsaylı “Ələvilərin yönəltməsindən nigaran qalan” murdar planların müəllifləri yeddi il sonra 23 milyonluq xalqın faciəli vəziyyətindən xəbərdardılar? 
 
 
Sionizmin Obamadan incikliyinin səbəbi Qüdslə bağlı deyil 
 
Bir neçə gün əvvəl Vaşinqtonda Donald Trampla Benyamin Netanyahunun görüşü baş tutdu. İsrail Baş naziri Ağ Ev sahibinə paytaxtın Qüdsə köçürülməsi planı ilə əlaqədar dönə-dönə təşəkkür edərək əvvəlki prezidentlərin bu məsələyə toxunduqlarını, lakin hər hansı əməli iş görmədiklərini söylədi. Rəsmi Təl-əviv son 5-6 ay ərzində dəfələrlə bu mövzuya işarə vurub və rəncidəliyini büruzə verib. Amma hadisələrə diqqətli nəzər tamam başqa mətləbləri ortaya çıxarır: aydınlaşır ki, onları incik salan heç də vurğuladıqları məqam deyil. Əvvəla, gəlin razılaşaq ki, beynəlxalq sionizm istəsəydi, elə Obama dönəmində də Qüds planlarını ən azı indiki qədər qabartmaq və iyrənc məqsədlərlə aləmi qarışdırmağı bacarardı. Görünür, həmin dövrün ABŞ prezidenti ilə razılaşdırılmalı daha mühüm hədəflər vardı. Nə? Elə Suriyanı cəng meydanına çevirərək vətəndaş savaşını körükləməklə həm İsrailin dağınıq bir ölkənin içərilərinə yeriməsini təmin etmək, həm də Fələstində, digər ünvanlarda törətdiyi cinayətlərə zillənən gözləri yummaq... Bəli, artıq prezidentliyinin ikinci-sonuncu dövrəsini fırlanan, Səud rejiminin canfəşanlığı ilə barəsində “müsəlman babanın nəvəsi” dezosu formalaşdırılmış Barak Hüseyn Obama növbəti müsəlman qırğınına xeyir-dua verdi. Bir adamın üzərinə neçə missiya yüklənməlidir ki..? Qüds niyyətləri də qalsın sonra gələn psixopatın öhdəsində...
 
 
Rəsmi Vaşinqtondan umu-küsü isə təbii ki, öz yerində və qüvvəsindədir, ancaq yalnız və yalnız Suriya cəbhəsindəki məğlubiyyətlərə görə... Çünki İsrailin 2011-ci ilin başlanğıcında atdığı bumeranq özünə düşmən sandıqlarını məhv edib-etmədiyi bilinmədən geri qayıdır. Əvvəl düşünürdülər ki, İranla bitişik deyillər, arada Livan, Suriya var, həmin dövlətləri təxribata, xaosa çəkməklə çox şey qazana biləcəklər. Amma İslam Respublikası Bəşər Əsədin dəvəti ilə Suriya kampaniyasına fəal qoşuldu və rəsmi Tehran regionda söz, nüfuz sahibidir. Onun hərbi bazalar yaradaraq ərazidə uzun müddətə qala biləcəyi ehtimalları təcavüzkarın yuxusunu qaçırıb. İŞİD terrorçularını vurub bölgədən çıxaran qüvvələr həmin qruplaşmaların yaradıcılarının və himayədarlarının cəmi 10 kilometrliyində - Qolan təpələri yaxınlığındadır. İsrail acizliyinin miqyasını anlamaqda və qələt eləyib belə bir oyuna qol qoyduğuna görə özünü şiddətlə qınamaqdadır.
Əlləri qana batanlar özlərinə təhlükə saydıqları məqamları uzaqlaşdırmaq, ədalət məhkəməsindən yayınmaq üçün adətən başqa cəbhələr açırlar. Donald Trampın İranla imzalanmış nüvə sazişinin ləğvi təşəbbüsünü qaldırması da xeyli vaxt aparacaq. Yəmən, Bəhreyn, Əfqanıstan, Kəşmir, Xocalı qətliamları eyni ssenarinin ayrı-ayrı bölümləridir. İsrailin nəzarətindəki informasiya vasitələri “radikal islamçılığın indi də Cənubi Qafqaz və Orta Asiyada möhkəmləndiyi” barədə xəbərlər yayır. Sözsüz ki, burada həqiqət payı da var. Amma axı, zərərli ideologiya ilə təlimatlandırıb, silah-sursatla təchiz edib göndərirsiz, gəlirlər, arxalarını dünya jandarmlarına söykəməsələr, belə qüdrətlənməzlər ki..? Bəs, torpağa axan nahaq qanların, səmaya ucalan ah-nalələrin hesabının sorulacağı, müstəbidlərin müttəhimlər kürsüsündə əyləşib cinayətkar əməllərinə görə cavab verəcəkləri gün çoxmu uzaqdadır?  
 
Qurban Cəbrayıl
                
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:23
05:11
12:43
20:31
23:49
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

23-06-2018 17:09