Təl-Əviv başçıları mühakimə olunmalıdır

 

İngiltərədə  İnsan haqları üzrə çalışan ərəb təşkilatı bildirib ki, Avropa İttifaqının mövqeyi bütün Avropa qitəsi xalqlarının mövqeyini əks etdirmir və bu qitənin xalqları mülki vətəndaşların  qətliamını hərbi cinayət bilirlər.

 
Maide.az-ın Fələstin İnformasiya Mərkəzinə istinadən məlumatına görə, İngiltərədə İnsan haqları üzrə çalışan ərəb təşkilatı bəyanat yararaq bildirib: Avropa  İttifaqının Qəzzə zolağı əhalisinin sionist rejim tərəfindən qətliamı qarşısındakı mövqeyi insan haqları prinsip və əsaslarını görməməzlikdən gəlmək deməkdir.

Bəyanatda bildirilir: Avropa İttifaqının bəyanatı cəllad ilə qurban gedəni eyni gözlə görmək deməkdir. Bu birliyin İsrail rejiminin cinayətləri qarşısındakı biabırçı mövqeyi yeni bir məsələ deyil.
Bu bəyanat Avropa Birliyi ölkələrindən istəyib ki, özlərinin biabırçı mövqelərini bir daha nəzərdən keçirsin və İsrail rejimi ilə bütün hərbi və təhlükəsizlik müqavilələrini dayandırsınlar, ona görə ki, Qəzzənin uşaq və qadınları Avropanın hərbi texnologiyaları və bu birliyə üzv ölkələrin silahları ilə qanlarına qəltan olurlar.

 

Təl-Əviv başçıları mühakimə olunmalıdır

Google+ WhatsApp ok.ru