Təhsil Nazirliyi Firudin Qurbanovun nazir müavini təyin edilməsi ilə bağlı məlumat açıqlayıb

Təhsil Nazirliyi Firudin Qurbanovun təhsil nazirinin müavini təyin edilməsi ilə bağlı məlumat yayıb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, prezidentin 18 iyul tarixli sərəncamı ilə Qurbanov Firudin İsa oğlu Azərbaycan təhsil nazirinin müavini təyin edilib.

Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmlərinamizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmiadını alıb.

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989-1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib.

1994–2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət  və Turizm Nazirliyi Aparatının rəhbəri olub. 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.

Google+ WhatsApp ok.ru