Ötən ay dərmanların allergik reaksiyası nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib

Avqust ayı ərzində dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 9 nəfər xəstəxanaya yerləşdirilib.
 
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
 
Onun sözlərinə görə, xəstələrin hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
 
A. Maqsudov qeyd edib ki, dərmandan zəhərlənmə hallarının hamısı Bakı şəhərində qeydə alınıb: “Əsasən antibiotiklərin təsiri nəticəsində belə hallar qeydə alınır”.
 
Şöbə müdiri onu da əlavə edib ki, ötən ay ərzində həmçinin 14 nəfəri ilan, 7 nəfəri əqrəb, 2 nəfəri isə qaraqurd sancıb: “İlan sancmaları ilə bağlı müraciətlər daha çox olub. Çox güman ki, bu müraciətlər sentyabr ayında da olacaq. Ancaq onu da deyim ki, bu il ilan sancmaları ilə olan müraciətlərin sayı ötən ildəkinə nisbətən az olub”.

Google+ WhatsApp ok.ru