Təlxək bir milyondan çox səs toplayıb, deputat oldu

Bir milyondan çox səs toplayan şəxs San-Pauludan deputat seçilib

Braziliyada keçirilən seçkilərdə təlxək ikinci dəfə millət vəkili seçilib.

ANS PRESS-in məlumatına görə, səhnə adı "Tiririka" olan Francisko Everardo Oliveyra Silva bir milyondan çox səs toplayaraq San-Pauludan deputat seçilib.

İlk dəfə 2010-ci ildə deputatlığa namizədliyini verən təlxək oxuyub-yazmağı bacarmır. İlk namizədliyini verəndə vətəndaşlara vədlər vermiş Oliveyra Silva seçicilərə belə səslənmişdi: "Millət vəkilləri nə edir, bilirsinizmi? Mən bilmirəm. Mənə səs verin, gedib araşdırım".

Təlxəyin ikinci dəfə millət vəkili seçilməsi görünür araşdırmalarının məhsuldar keçməyindən xəbər verir. Belə ki, Braziliya Seçki Mərkəzinin məlumatına görə, Tiririka ölkə daxilində ən çox səs toplayan ikinci millət vəkili olub. /

Google+ WhatsApp ok.ru