`Təkfirçi və ifratçı hərəkatlar islam alimləri baxışında` konfransı keçirilib - FOTO

Maide.az-ın məlumatına görə, İranın Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə "Təkfirçi və ifratçı hərəkatlar islam alimləri baxışında" adı altında işinə başlayan beynəlxalq konqres ilk iclasını ötən gün İranın Qum şəhərində keçirib.
 
Məlumata əsasən, 80 ölkədən gələn İslam alimləri konqresin açılışından sonra müvafiq komissiyalarda vəhhabilik və təriqətdan qaynaqlanan təkfirçiliyin zərərlərini müzakirə ediblər.
 
Qeyd edək ki, toplantıda Azərbaycanı QMİ sədri Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
 
Tanınmış İslam alimlərinin iştirak etdiyi mötəbər tədbirdə QMİ sədri də məruzə ilə çıxış edib.

 

Daha ətraflı:http://atvxeber.az/news/religion/5533-allahsukur-pasazadenin-iran-seferinin
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

 

 
 
 
 

Google+ WhatsApp ok.ru