Təkfirçi Veysəl Gürcüstanda məscid tikdirir

Bakıda radikalların toplaşdığı Ləzgi məscidində söz sahibi olan Veysəl Orucov Gürcüstan vəhhabilərini də təşkilatlandırır.
 
Axar.az-a daxil olan məlumata görə, Gürcüstan vətəndaşı V.Orucov Soğanlı kəndində məscid tikdirir.
 
Onun qonşu ölkədə təkfirçilərin imamı olduğu və oradakı azərbaycanlılar arasında təbliğat apardığı iddia edilir. Hətta V.Orucov barəsində Gürcüstanın xüsusi xidmət orqanları da məlumatlıdır. Onun fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmadığı qeyd edilir.
 
Qeyd edək  ki, Əbubəkr məscidinin imamı Hacı Qamət Süleymanov onu Suriyaya gedənlərə dəstək verməkdə ittiham etmişdi. Hacı Qamət Axar.az-ın bu barədə son yazdıqlarından sonra isə V.Orucov haqda xəbərlərin şişirdildiyini açıqlayıb. Q.Süleymanov “Musavat.com”a geniş müsahibəsində Ləzgi məscidinə radikalların toplaşdığını vurğulayıb./
 

Google+ WhatsApp ok.ru