Təyyarəni okeana paraşütlə endirdi - VİDEO

Havay yaxınlığında uçan kiçik bir təyyarə yanacağı bitdikdən sonra okeana paraşütlə enib. Pilot qəzadan sağ xilas olub. 
 
Maide.az xəbər verir ki, hadisə ötən bazar günü ABŞ-ın Havay ştatının Maui adasının 400 kilometr şimal-şərqində, Sakit okeanında qeydə alınıb. Amerikalı pilot Lue Morton 1500 metr hündürlükdə "Cirrus SR-22" tipli təyyarəsi uçarkən mühərrikində qəza olub və yanacağı qurtarıb.
 
Təyyarənin pərləri dayanıb. Havada süzən təyyarəni tərk etməyən pilot riskə girərək təyyarənin öz paraşütünü açıb. Bir müddət əvvəl sürətlə aşağı düşən təyyarə, daha sonra müvazinətini saxlayaraq suya eniş edib.
 
Qəzadan burnu belə qanamadan xilas olan pilot Morton Sahil Təhlükəsizlik qrupları tərəfindən xilas edilib. Hadisə anı pilotun yardım çağırışını alan Sahil Təhlükəsizlik qruplarının kameraları tərəfindən çəkilib.

Google+ WhatsApp ok.ru